TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: "İsrailin Qəzzaya hücumları barədə ABŞ daha yaxşı məlumatlandırılmalıdır"
İsrailin Fələstində törətdiyi soyqırımına reaksiyalardan danışan Xarici işlər naziri Hakan Fidan hər kəsin “müxtəlif dərəcədə etirazı” olduğunu vurğulayıb
Hakan Fidan: "İsrailin Qəzzaya hücumları barədə ABŞ daha yaxşı məlumatlandırılmalıdır"
Hakan Fidan / AA

Türkiyənin Xarici işlər naziri Hakan Fidan İsrailin Qəzzaya hücumları və davam edən müharibənin riskləri barədə ABŞ-ın daha yaxşı məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Hakan Fidan aprelin 13-də verdiyi açıqlamada deyib: "İndiyə qədər mövcud soyqırımın davamı Amerikanın dəstəyi ilə, xüsusən də Bayden dövründə başlayan siyasətlə mümkün olub. Cənab Tramp hakimiyyətə gəldikdən sonra ortaya qoyduğu təşəbbüslə atəşkəsin yaradılmasında mühüm rol oynadı. Bizim gözləntimiz odur ki, Tramp hakimiyyətdə olduğu müddət ərzində daimi sülhün təmin edilməsi üçün də addımlar atılsın. Hazırda diplomatik dairələrin həmfikir olduğu mövzu budur: ABŞ rəhbərliyi bu mövzuda daha çox məlumatlandırılmalı, davam edən müharibənin riskləri daha çox izah edilməlidir”.

Xarici işlər naziri Hakan Fidan İsrailin Fələstində törətdiyi soyqırımına reaksiya verərkən hər kəsin “müxtəlif dərəcədə etirazı” olduğunu vurğulayıb.

Bunların bəzilərinin açıq, bəzilərinin isə bağlı qapılar arxasında söyləndiyini bildirən nazir Fidan Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermədə 156 dövlətin İsrail əleyhinə səs verdiyini xatırladıb.

Burada əsas problemin, demək olar ki, bütün dünyanın razılaşdığı bu problemin dayandırıla bilməməsi olduğunu vurğulayan Fidan "Dünyanın üzləşdiyi legitimlik böhranı və sistem böhranı burada özünü göstərir" deyib.

İsrailə qarşı fərqli addımların atılması axtarışlarını davam etdirdiklərini ifadə edən Hakan Fidan "Amma nəticədə daha böyük kapital və siyasi gücü əlində saşlayan Avropa və Amerikanın dəstəyi kəsilmədikcə bu insanlığa qarşı cinayətin, bu soyqırımın bitməyəcəyi aydındır" deyib.

Nazir Fidan bu vəziyyətin beynəlxalq sistemdə qısa müddətdə olduğu kimi orta və uzunmüddətli perspektivdə də fərqli şəkildə xərci olacağını ifadə edərək, "Bu mövzuda işlər davam edir. Amma Qəzza ilə bağlı həssaslıq qətiyyən bitməməlidir" deyib.

Türkiyənin İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün daha təsirli addımlar ata biləcəyi ilə bağlı sualı cavablandıran Fidan Türkiyənin "öz təsir dairəsi daxilində bütün addımları əvvəldən atdığını" qeyd edərək deyib:

"Səfirin geri çəkilməsindən tutmuş ticarət əlaqələrinin kəsilməsinə qədər ikitərəfli əlaqələr zəminində bütün addımları atdıq. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), D8, Avropa İttifaqı platformaları, Ərəb Liqası kimi çoxtərəfli əlaqələr zəminində nələr edilə biləcəyi ilə bağlı çox ciddi araşdırmalar var".

Nazir Fidan son olaraq “Aİ və ABŞ-ın açıq şəkildə dəstəklədiyi soyqırıma İslam ölkələrinin öz ortaq mövqelərilə müəyyən nöqtəyə qədər təsir göstərə bildiyini” qeyd edərək, “İslam ölkələrinin İsrailə deyil, Amerika üzərində işləməyə və diplomatik səy göstərməyə davam etməsinin daha məqsədəuyğun olacağını düşünürəm” deyib.

Araşdırma
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb
Prezident R.T.Ərdoğan “Newsweek” jurnalına müsahibə verib