DÜNYA
1 dəqiqə oxuma
Çin, Cənubi Koreya və Yaponiya azad ticarəti gücləndirmək barədə razılığa gəliblər
Cənubi Koreyanın sənaye naziri qlobal çağırışlara birgə cavabın verilməsinin vacibliyini vurğulayıb
Çin, Cənubi Koreya və Yaponiya azad ticarəti gücləndirmək barədə razılığa gəliblər
31 mart 2025

Çin, Cənubi Koreya və Yaponiya azad ticarəti gücləndirmək barədə razılığa gəliblər. Üç ölkənin yüksək vəzifəli rəsmilərinin Seulda keçirilən görüşündən sonra birgə bəyanat yayılıb. Bazar günü keçirilən bu görüş, son beş ildə üç ölkənin nazirlər səviyyəsində keçirilən ilk görüşü olub. Görüş ABŞ Prezidenti Donald Trampın avtomobil və yük maşınları da daxil olmaqla müxtəlif məhsullara tətbiq etdiyi rüsumların qlobal ticarətə mənfi təsir etdiyi bir dövrdə baş tutub.

Cənubi Koreya və Yaponiya əsas avtomobil ixracatçıları olsa da, Çin də ABŞ-ın yeni rüsumlarından mənfi təsirlənib. Görüşdə Cənubi Koreyanın sənaye naziri Ahn Duk-geun, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yoji Muto və Çinin ticarət naziri Vanq Ventao iştirak ediblər. Üç ölkə, üçtərəfli azad ticarət sazişi üzrə danışıqların sürətləndirilməsinə çağıraraq, “proqnozlaşdırıla bilən ticarət və investisiya mühiti” yaratmaq barədə razılığa gəliblər.

Cənubi Koreyanın sənaye naziri Ahn Duk-geun üç ölkənin qlobal iqtisadi çağırışlara “birgə” cavab verməli olduğunu bildirib. O, "Bugünkü iqtisadi və biznes mühiti, qlobal iqtisadiyyatın getdikcə parçalanması ilə xarakterizə olunur" deyərək, birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp aprelin 2-dən etibarən hər bir ticarət tərəfdaşına xüsusi tariflər tətbiq edəcəyini açıqlayıb.

MƏNBƏ:TRT Global
Araşdırma
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib