Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün (28 avqust 2026) hökumətin istefası barədə fərmanı imzalayıb.
Müvafiq fərman pazar günü keçirilən parlament seçkilərindən sonra Qazaxıstan Prezidentinin mətbuat xidməti tərəfindən dərc olunub.
Həftəsonu təşkil edilən səsvermə bu ilin əvvəlində yeni konstitusiyanın qəbulundan sonra keçmiş ikipalatalı parlamenti əvəz edən Qazaxıstanın 145 nəfərlik yeni Qurultayı üçün keçirilən ilk seçki olub.
Yeni milli parlamentə seçkilər avqustun 23-də keçirilib. Hakim “Adilet” partiyası 71,17 faiz səs toplayaraq Qurultayda 110 deputat mandatı əldə edib.
Parlamentə daxil olan digər dörd partiya da ümumilikdə Tokayev administrasiyasını dəstəkləyən siyasi qüvvələr kimi dəyərləndirilir.
Pazar günkü seçki bu ilin əvvəlində qəbul edilən və qanunverici orqanı ikipalatalı sistemdən birpalatalı sistemə çevirən yeni konstitusiya əsasında baş tutub. Qazaxıstan Ali Məhkəməsi keçən ay yeni konstitusiyanın Tokayevə yeni 7 illik müddətə namizədliyini irəli sürmək hüququ verdiyi barədə qərar çıxarıb.
Keçmiş Sovet diplomatı və BMT-nin yüksəkvəzifəli rəsmisi olan Tokayev 2019-cu ildən Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatına malik Qazaxıstana rəhbərlik edir.
Tokayev Qərb, Rusiya və Çin ilə yaxın münasibətləri davam etdirir.




















