Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) ölkənin Prezident Ofisinin yüksəkvəzifəli şəxsləri, eləcə də parlamentin keçmiş və hazırkı deputatlarının daxil olduğu cinayətkar şəbəkənin ifşası istiqamətində xüsusi əməliyyata başlayıb.
Bu barədə NABU-nun sosial media hesabında yayımlanan rəsmi bəyanatda bildirilib.
"NABU və və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukrayna Prezident Ofisinin rəhbər şəxslərinin, həmçinin keçmiş və hazırkı parlament üzvlərinin nəzarəti altında fəaliyyət göstərən cinayətkar təşkilatın üzvü olan şəxslərin aşkarlanması üçün xüsusi əməliyyat keçirir", — deyə açıqlamada qeyd olunub.
NABU əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bəyan edib.






















