TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyənin yeni nəsil BLUEVISION sistemi dəniz nəqliyyatında təhlükəsizliyi gücləndirir
HAVELSAN şirkəti tərəfindən hazırlanan BLUEVISION sistemi dənizçilik sahəsində naviqasiya təhlükəsizliyini artırıb
Türkiyənin yeni nəsil BLUEVISION sistemi dəniz nəqliyyatında təhlükəsizliyi gücləndirir
Türkiyənin yeni nəsil BLUEVISION sistemi dəniz nəqliyyatında təhlükəsizliyi gücləndirir / AA

Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan HAVELSAN proqram təminatı əsaslı avandanlıqlarına bir yenisini daha əlavə edib. Ərsəyə gətirilən yeni nəsil qabaqlayıcı müdafiə sistemi BLUEVISION süni intellekt və kompüter dəstəkli texnologiyaları ilə dənizçilik dünyasında yeniliklərə imza atıb.

BLUEVISION sisteminin iri ticarət gəmilərindən lüks yaxtalara, pilotsuz dəniz aparatlarından hərbi platformalara qədər geniş sahələrədə xidmət göstərməsi hədəflənir. Sistemin dəniz təhlükəsizliyini ən yüksək səviyyəyə çatdırması gözlənilir.

BLUEVISION dəniz sahəsində qabaqlayıcı müdafiyə bacarığını artırmaq məqsədilə modullu qərar dəstəyi və naviqasiyaya kömək göstərən məhsul kimi hazırlanıb.

Ənənəvi üsullardan fərqli olaraq, sistem yalnız kamera məlumatlarından istifadə etmir. O, Avtomatik İdentifikasiya Sistemi (AIS) sensor məlumatları ilə kameradan əldə olunan informasiyaları bir arada cəmləşdirərək dəniz sahəsində təhlükəsizliyi təmin edir.

Sistemin ən diqqətçəkən xüsusiyyəti radarın görmədiyi və ya aşkar etməkdə çətinlik çəkdiyi kiçik qayıqları, şamandıraları və suyun üzərindəki insan kimi amilləri real vaxt rejimində aşkar edə bilməsidir.

Təkmilləşdirilmiş kompüter avandanlığı və süni intellekt texnologiyaları əsasında qurulan BLUEVISION modullu strukturu sayəsində asanlıqla inteqrasiya oluna bilir.

Texniki təchizat hissəsində termal və gündüz kameraları, yüksək emal gücünə malik süni intellekt prosessoru və sensorlu ekran paneli yer alır.

BLUEVISION texnalogiyası gecə və gündüz şəraitində tam məhsuldarlıqla işləmək imkanına malikdir. Sistem canlı video yayımı üzərinə rəqəmsal məlumatları əlavə etməklə operatoru anlıq informasiya ilə təmin edir.

 

Kəşfiyyat və müşahidə bacarığı

BLUEVISION həmçinin toqquşma kimi qəza riski olan hallarda operatoru səsli və vizual xəbərdarlıqlarla dəstəkləyən "rəqəmsal keşikçi" xüsusiyyətini təqdim edir.

Sözügedən texnologiya artıq mühüm platformalarda özünü doğruldub. Belə ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olan "SANCAR" silahlı pilotsuz dəniz aparatı avtonom naviqasiya və axtarış-xilasetmə tapşırıqlarında BLUEVISION texnologiyasından istifadə etməyə başlayıb.

Sistem HAVELSAN-ın ADVENT Döyüş İdarəetmə Sistemi ilə tam inteqrasiyalı şəkildə işləyərək avtonom üzmə təhlükəsizliyini dəstəkləyir.

Bundan əlavə "VN Maritime" və "Piloda Shipyard" şirkətlərinin əməkdaşlığı ilə RAFNAR modeli qayıqlara inteqrasiya edilən sistem kommersiya konteyner gəmilərində də heyətin istifadəsinə verilib.

HAVELSAN şirkəti BLUEVISION avadanlığı ilə ancaq standart naviqasiya vasitəsi təklif etmir. Şirkət kəşfiyyat, müşahidə və nəzarət, axtarış-xilasetmə və hətta sualtı qayıqlar üçün periskop müşahidəsi kimi xüsusi modulları özündə birləşdirən hərtərəfli həll təqdim edir.

Daim proqram yeniləmələri ilə yeni ssenarilərə uyğunlaşan bu infrastruktur dənizlərdə insan xətasını minimuma endirərək əməliyyat səmərəliliyini artırır.

MƏNBƏ:TRT