TÜRKİYƏ
1 dəqiqə oxuma
Fransa meşə yanğınları ilə mübarizədə dəstək verən Türkiyə dövlətinə təşəkkür etdi
Türkiyə dövləti Fransadakı meşə yanğınları ilə mübarizə üçün iki yanğınsöndürmə təyyarəsi cəlb etmişdi
Fransa meşə yanğınları ilə mübarizədə dəstək verən Türkiyə dövlətinə təşəkkür etdi
Fransa meşə yanğınları ilə mübarizədə dəstək verən Türkiyə dövlətinə təşəkkür etdi

Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsindəki meşə yanğınları ilə mübarizəyə dəstək göstərən Türkiyə də daxil olmaqla bir çox ölkəyə təşəkkürünü bildirib.

Bu barədə J.N.Barro "X" sosial şəbəkə platformasındakı hesabından açıqlama verib. Nazir paylaşımında deyib: "Fransa bu il görünməmiş miqyasda meşə yanğınları ilə üz-üzədir".

Meşə yanğınları ilə mübarizə çərçivəsində quru və hava vasitələrini fransalı xilasedicilərin istifadəsinə verən Türkiyə, Almaniya, Avstraliya, Belçika, Xorvatiya, Litva, Lüksemburq, Portuqaliya, Çexiya, Rumıniya, Serbiya, Slovakiya, İsveç, İsveçrə, Ukrayna və Avropa İttifaqına (Aİ) təşəkkür edən J.N.Barro əlavə olaraq deyib: "Yanğınlarla mübarizə üçün köməklik təklif edən bütün ölkələrə ayrıca təşəkkür edirəm".

Xatırladaq ki, Türkiyə dövləti Fransadakı meşə yanğınları ilə mübarizə üçün iki yanğınsöndürmə təyyarəsi cəlb etmişdi. Daha sonra Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkə platformasındakı hesabından Türkiyənin göndərdiyi 2 yanğınsöndürmə təyyarəsi haqqında türk dilində paylaşım etmişdi. E.Makron Türkiyə bayrağının yer aldığı həmin paylaşımda "Təşəkkürlər Türkiyə" ifadəsini işlətmişdi.

Qeyd edək ki, tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il 117 min hektardan çox əraziyə zərər dəyib, 4 yanğınsöndürən həlak olub.

MƏNBƏ:TRT