DÜNYA
1 dəqiqə oxuma
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransanın şimal-şərqindəki Mört və Mözel (Meurthe-et-Moselle) departamentində "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb, nəticədə bir nəfər həlak olub
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb

Fransanın şimal-şərqindəki Mört və Mözel (Meurthe-et-Moselle) departamentində "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb, nəticədə bir nəfər həlak olub.

Fransa Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, qırıcı dünən yerli vaxtla saat 22:40 radələrində Rocvil (Rogeville) şəhəri yaxınlığında qəzaya uğrayıb. "Nansi-Oşey 133" hava bazasına aid eskadrilyaya məxsus qırıcı təlim tapşırığından qayıdarkən qəzaya uğrayıb.

Məlumata görə, təyyarənin göyərtəsində iki nəfər olub. Aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində bir nəfərin cəsədi tapılıb, onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin başvermə səbəbləri ilə bağlı məhkəmə və hərbi təhlükəsizlik orqanları tərəfindən təhqiqat başladılıb.