DÜNYA
1 dəqiqə oxuma
Çinin cənubunda güclü partlayış baş verb, ölən və yaralananlar var
Çinin cənubundakı Quansi-Cuan muxtar rayonunda baş verən güclü partlayış nəticəsində azı 7 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb
Çinin cənubunda güclü partlayış baş verb, ölən və yaralananlar var
Çinin cənubunda güclü partlayış baş verb, ölən və yaralananlar var / Reuters

Çinin cənubundakı Quansi-Cuan muxtar rayonunda baş verən güclü partlayış nəticəsində azı 7 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb. Bu barədə yerli polis orqanları məlumat yayıb. Çinin "Global Times" qəzetinin yaydığı məlumata görə, hadisə yerli vaxtla gecə saat təxminən 01:40-da Xinqan bölgəsində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının apardığı ilkin araşdırmalar partlayışın qaz boru kəmərindəki sızma və ya buna bənzər texniki nasazlıq səbəbindən baş vermədiyini ortaya qoyub. İctimai təhlükəsizlik idarəsinin əməkdaşları hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün təhqiqatları davam etdirir. Partlayış nəticəsində xəsarət alan şəxslər xəstəxanalara yerləşdirilib, həkimlər onların vəziyyətini stabil olaraq qiymətləndirirlər. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.