DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 mini keçib
2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi genişmiqyaslı hücumlarda həyatını itirənlərin sayı 72 min 775-ə, yaralıların sayı isə 172 min 750 nəfərə çatıb
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 mini keçib
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 mini keçib

İsrail ordusu qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağına zərbələr endirməkdə davam edir. Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından bəri bölgədə davam edən hərbi əməliyyatların səbəb olduğu insan itkilərinə dair son rəsmi statistikaları açıqlayıb. Verilən məlumata görə, son 24 saat ərzində törədilən hücumlar nəticəsində Qəzzadakı xəstəxanalara daha 2 nəfərin cəsədi və 27 yaralı aparılıb.

Hesabatda 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəs rejimindən sonra İsrailin həyata keçirdiyi hücumlarda 883 nəfərin həyatını itirdiyi, 2 min 648 nəfərin isə yaralandığı bildirilib.

Bununla da, 2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi genişmiqyaslı hücumlarda həyatını itirənlərin sayı 72 min 775-ə, yaralıların sayı isə 172 min 750 nəfərə çatıb.