TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan "Yonhap" xəbər agentliyinə müsahibə verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində bu ölkənin "Yonhap" xəbər agentliyinə müsahibə verib
Rəcəb Tayyib Ərdoğan "Yonhap" xəbər agentliyinə müsahibə verib
Rəcəb Tayyib Ərdoğan "Yonhap" xəbər agentliyinə müsahibə verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində bu ölkənin "Yonhap" xəbər agentliyinə müsahibə verib. Dövlət başçısı Türkiyə ilə Cənubi Koreya arasında hərbi, texnoloji və energetika sahələrində mövcud tərəfdaşlığın perspektivlərindən danışıb.

Prezident Ərdoğan Sinop Atom Elektrik Stansiyası layihəsi üzrə Cənubi Koreyanın "Korea Electric Power Corporation" (KEPCO) şirkəti ilə birgə aparılan texniki və iqtisadi qiymətləndirmə işlərinin davam etdiyini bildirib.

Dövlət başçısı Cənubi Koreyanın Türkiyə istehsalı olan "PD170" turbodizel təyyarə mühərrikinə maraq göstərməsindən memnunluğunu ifadə edib. O, iki ölkə arasında pilotsuz uçuş aparatları, mühərrik texnologiyaları və elektron sistemlər üzrə birgə fəaliyyətin genişləndirilə biləcəyini vurğulayıb. Türkiyə lideri həmçinin yarımkeçiricilər, robototexnika və süni intellekt kimi qabaqcıl texnologiya sahələrində qarşılıqlı investisiyaları artırmağı hədəflədiklərini diqqətə çatdırıb.

Qlobal ticarət yollarındakı təhlükəsizlik risklərinə, xüsusilə Hörmüz boğazı ətrafındakı gərginliyə toxunan Ərdoğan alternativ logistik marşrutların vacibliyini qeyd edib. Türkiyənin Asiya ilə Avropa arasında strateji körpü rolu oynadığını xatırladan Prezident tarixi Hicaz dəmir yolunun dirçəldilməsi planlarını da gündəmə gətirib.

Ərdoğan Cənubi Koreya şirkətlərini Türkiyənin regional nəqliyyat və logistika layihələrində daha fəal iştirak etməyə və birgə investisiya imkanlarını qiymətləndirməyə çağırıb.

Araşdırma
Bu gün Türkiyə Cümhuriyyətinin elan olunmasından 103 il ötür
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub
Milli Müdafiə Nazirliyi: ''Misirlə dəniz sərhədləri haqqında saziş imzalamağa hazırıq''
Türkiyə İspaniyaya başsağlığı verib
Bu gün Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Türkiyə Egey və Şərqi Aralıq dənizi ilə bağlı iddialara münasibət bildirib
Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında telefon danışığı olub
Prezident R.T.Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqа müraciət etdi
Türkiyənin "Jandarma Gücü" komandası İspaniyadan 101 medalla qayıtdı
Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpasında yeni mərhələ
COP31 çərçivəsində iqlim böhranından bəhs edən 20 sənədli film İstanbulda nümayiş olunacaq
Prezident R.T.Ərdoğan BMT-ni təsis edilməsinin 81-ci ildönümü münasibətilə təbrik edib
Türkiyə dövləti İordaniyada kilsəyə təşkil edilən hücumu pisləyib
R4 ölkələrinin XİN rəhbərlərinin görüşü başlayıb
Rəcəb Tayyib Ərdoğan IX Vasitəçilik konfransının iştirakçılarına müraciət edib
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü