TURİZM
1 dəqiqə oxuma
M.Salahın transferindən sonra Trabzona səfər edən misirli turistlərin sayı artıb
“Trabzonspor”un misirli ulduz futbolçusu Məhəmməd Salahı heyətinə qatmasından sonra şəhərə səfər edən Misir vətəndaşlarının sayında artım qeydə alınıb
M.Salahın transferindən sonra Trabzona səfər edən misirli turistlərin sayı artıb
M.Salahın transferindən sonra Trabzona səfər edən misirli turistlərin sayı artıb

Qara dənizin turistik şəhərlərindən olan Trabzon şəhərinin Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Trabzonu ziyarət edən Misir vətəndaşlarının sayı ötən ilin yanvar-avqust dövründə 4 min 450 nəfər olaraq qeydə alınıb. Bu ilin eyni dövründə isə bu göstərici 5 min 558 nəfərə yüksəlib.

Bununla da sözügedən dövrdə şəhəri ziyarət edən misirli ziyarətçilərin sayında 25 faiz artım qeydə alınıb.

Aylıq göstəricilərə baxıldıqda artımın avqust ayında daha da artdığı görünür. Ötən ilin avqustunda 1.151 olan misirli ziyarətçilərin sayı bu ilin eyni ayında 1.788-ə çatıb. Beləliklə, avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 55 faizlik artım baş verib.

 

M.Salahın təsiri turizmin müxtəlif sahələrinə yansıdı

“Trabzonspor”un misirli ulduz futbolçu Məhəmməd Salahı avqust ayında heyətinə qatması Trabzon şəhərinin Misirdə tanınmasına təkan verib. Bu addım Trabzon ilə Misir arasındakı turizm əlaqələrinə də yeni bir ölçü qazandırıb.

M.Salahın Trabzonda yerli təamları dadarkən çəkilən görüntülərinin sosial şəbəkələrdə paylaşılması bölgənin qastronomiyasına olan marağı da artırıb. Eyni zamanda ulduz futbolçunun baş çəkdiyi Qurddərə yaylası da son dövrdə şəhərdə ən çox ziyarət edilən məkanlar sırasına daxil olub.

Misir ilə Trabzon arasında nəqliyyat imkanlarının yaxşılaşdırılması da turizm axınını dəstəkləyir. Qahirə və Trabzon arasında birbaşa çarter reyslərinin başladılması ilə iki şəhər arasında gediş-gəliş daha da asanlaşıb.

MƏNBƏ:TRT