MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
Unikal beşbucaqlı divarlar və altıbucaqlı planla inşa olunan Roma dövrünə aid bina arxeoloji qazıntılarda dönüş nöqtəsi sayılır
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
1 avqust 2025

Türkiyənin cənub-qərbində yerləşən və UNESCO-nun müvəqqəti irs siyahısına daxil edilmiş Laodikeya antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı 2 min il əvvələ aid olduğu düşünülən qədim məclis binası üzə çıxarılıb. Qazıntı rəhbərləri bu binanın şəhərin inzibati mərkəzi olduğunu ehtimal edirlər.

2025-ci il qazıntı mövsümündə əldə olunan bu kəşf eramızdan əvvəl 5500-cü ilə qədər gedib çıxan və hazırda Türkiyənin Dənizli vilayətinin ərazisində yerləşən qədim şəhərdə 22 ildir davam edən arxeoloji və bərpa işlərinin mühüm mərhələsi kimi dəyərləndirilir.

Qazıntılar nəticəsində ortaya çıxarılan bu antik bina Anadolu tarixində daha əvvəl nümunəsinə rast gəlinməyən beşbucaqlı xarici divarlar və altıbucaqlı planla inşa olunub. Bina eramızdan əvvəl I əsrin sonlarında tikilib və eramızın VII əsrinə qədər istifadə olunub.

Məclis binasının 600–800 nəfərlik tutuma malik olduğu bildirilir. Oturacaqlara həkk edilmiş adlardan görünür ki, burada ağsaqqallar, gənclər və şəhər vətəndaşları ayrılıqda təmsil olunublar. Həmçinin baş hakimə aid olduğu ehtimal edilən oturaq vəziyyətdə bir heykəl tapılıb. Heykəlin baş hissəsinin sonradan əlavə olunması, zamanla liderlərin dəyişməsinə işarə kimi qiymətləndirilir.

Bina ətrafında yerləşən siyasi aqora, arxiv salonları, geniş hamam kompleksi və bölgənin ən böyük stadionu da Laodikeyanın Roma dövründə mühüm inzibati mərkəz funksiyası daşıdığını təsdiqləyir.

Xatırladaq ki, daha əvvəlki qazıntılarda burada təqribən 3 metr hündürlüyündə məşhur Roma imperatoru Trayanın heykəli, Trayan çeşməsi, bir kahinin baş heykəli, Homerin “Odisseya” epik poemasındakı aid heykəllər qrupu, eləcə də traverten bloklar üzərində zəngin fresklər tapılmışdı.

MƏNBƏ:TRT Global
Araşdırma
Göbəklitəpədən gətiriləcək müxtəlif əsərlər Almaniyada xüsusi sərgidə nümayiş etdiriləcək
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Sami Yusufun İstanbuldakı konsert proqramında minlərlə insan iştirak etdi
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
Madonna Roma Papasını Qəzzada aclıq çəkən uşaqlara kömək göstərməyə çağırdı
Türkiyə 65 ildən sonra Mark Avreli heykəlini geri qaytardı
Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Türkiyə Roma sərgisində mədəni incilərini nümayiş etdirir
Türkiyədə muzeylər axşam gec saatlara qədər ziyarətçilərin üzünə açıq olacaq
İstanbulun əfsanələri: Mif və tarixi birləşdirən epik hekayə təcrübəsi
"Wanderlust" jurnalı Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib
Türkiyənin paylaşmaq üçün çox geniş və zəngin mədəniyyəti var
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
"TRT World" 2025-ci il "Telly" müsabiqəsində gümüş mükafata layiq görüldü
Papa XIV Leo kimdir?
Mosab Abu Toha kimdir?
Osman tablosu Londonda 1 milyon funta satıldı