19 dekabr 2025
Şimali Karolinada biznes təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.
Yerli təhlükəsizlik orqanlarının məlumatına görə, təyyarə Şarlot şəhərinin şimalındakı Steytsvill hava limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Ölənlər arasında Qreq Biffl, həyat yoldaşı Kristina və iki uşağı da var. Qeyd olunur ki, Qreq Biffl gələn həftə 56 yaşını qeyd edəcəkdi.
TÖVSİYƏ EDİLƏN
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanı araşdırmaq üçün xüsusi bir qrup yaradacağını açıqlayıb.
Xatırladaq ki, Qreq Biffl 2024-cü ilin sentyabrında "Helene" qasırğası zamanı Şimali Karolinanın qərbində qapalı qalan insanları xilasetmə işlərinə kömək məqsədilə öz helikopterini könüllü şəkildə istifadə etmişdi.













