TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Nazir Hakan Fidan bildirib ki, ittifaq mahiyyət etibarilə müdafiə xarakteri daşıyır və nə niyyət, nə də dizayn baxımından ekspansionist xarakter daşımır
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Fidan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı Məkkə müdafiə sazişinin texniki cəhətdən NATO ilə eyni olduğunu bildirir. / Foto: AA

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, ittifaq mahiyyət etibarilə müdafiə xarakteri daşıyır və nə niyyət, nə də dizayn baxımından ekspansionist xarakter daşımır.

“Anadolu” agentliyinin redaksiya bölməsində açıqlama verən Hakan Fidan gündəmdəki məsələlərlə bağlı qiymətləndirmələr aparıb. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan "Məkkə Birgə Müdafiə Sazişi"nə toxunan nazir bunun tarixi addım olduğunu vurğulayıb:

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə xarici siyasətimizdə illərdir hədəflədiyimiz təməl daşlardan birinin reallaşmasına şahidlik etdik".

"NATO-nun 5-ci maddəsinə bənzəyir, lakin ortaq düşmən yoxdur"

Hakan Fidan bildirib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə müqaviləsi texniki cəhətdən NATO-nun "bir ölkəyə hücum hamıya hücum hesab olunur" prinsipli 5-ci maddəsi ilə eynidir. Lakin bir mühüm fərq var: bu pakt ortaq düşmən müəyyən etmir və heç bir ölkəni hədəf almır.

Sazişin tamamilə müdafiə xarakterli olduğunu vurğulayan nazir kollektiv özünümüdafiə ilə aqressiv hərbi mövqe arasında açıq sərhəd çəkib: "Üzv ölkələrə hücum edilmədikcə heç bir dövlət bizim hədəfimiz deyil. Sazişin ekspansionist xarakteri yoxdur”.

"Niyə indi?"

Müqavilənin real strateji zərurətdən irəli gəldiyini qeyd edən Fidan Yaxın Şərq və ətraf regionların təhlükəli, davamlı qeyri-sabitlik dövrünə qədəm qoyduğunu və bunun əsas regional güclərin koordinasiyalı reaksiyasını tələb etdiyini bildirib.

Bu üçtərəfli pakt NATO-nun ən böyük ordularından birinə sahib olan Türkiyəni ərəb dünyasının əsas hərbi xərc gücünə sahib Səudiyyə Ərəbistanını və Asiyanın böyük nizami ordularından birinə malik nüvə dövləti olan Pakistanı bir araya gətirir.

Prezident Ərdoğanın baxışı

Fidan Prezident Ərdoğanın vizyonuna uyğun olaraq Məkkə sazişinin miqyasının gələcəkdə genişləndirilə biləcəyini və növbəti mərhələdə Misirin də bu çərçivəyə qoşulacağına inandığını ifadə edib. O, bu addımın Osmanlı imperiyasının geri çəkilməsindən bəri bölgədə davam edən qeyri-sabitliyi aradan qaldırmaq üçün mühüm platforma olduğunu vurğulayıb.

Rusiya-Ukrayna müharibəsi

Münaqişənin cəbhə xəttindən kənara çıxdığı halda milli yaşam məsələsinə çevrildiyini deyən Fidan, belə vəziyyətdə tərəflərin əllərində olan bütün vasitələrdən istifadə etdiyini diqqətə çatdırıb.

Kıbrıs (Kipr) məsələsi

Türkiyənin Kıbrıs Rum Rəhdliyini bir dövlət kimi tanımadığını xatırladan nazir bildirib: "Kıbrıs türklərinin hüquqlarını tanımasanız, biz də sizin dövlətçiliyinizi tanımayacağıq. Siz 1960-cı ildə qurulan dövlət deyilsiniz". Nazir adadakı sülh və sabitliyin məhz türk əsgərinin varlığı ilə təmin olunduğunu vurğulayıb.

İsrail:

Qəzzadakı hadisələrdən sonra İsrailin beynəlxalq aləmdə təcridinin davam etməsinin vacibliyini qeyd edən Fidan rəsmi Ankaranın Təl-Əvivə qarşı mövqeyini yumşaltmaq niyyətində olmadığını və beynəlxalq məsuliyyət üçün təzyiqləri davam etdirəcəyini bəyan edib.