TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, oktyabrın 27-də Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
28 oktyabr 2025

Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə,oktyabrın 27-də Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul da daxil olmaqla bir sıra şəhərlərdə hiss olunub.

AFAD-ın məlumatında bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də qeydə alınıb. Zəlzələnin ocağı 5,99 kilometr dərinlikdə yerləşib və ətraf bölgələrdə də hiss edilib.

İndiyə qədər insan tələfatı barədə məlumat verilməyib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “NSosyal” platformasında paylaşım edərək deyib:“AFAD və digər müvafiq qurumlar araşdırmalara başlayıblar’’.