DÜNYA
2 dəqiqə oxuma
Türkiyə 2026-cı ildə Pakistanda 5 yataqda neft və təbii qaz kəşfiyyatına başlayacaq
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib
Türkiyə 2026-cı ildə Pakistanda 5 yataqda neft və təbii qaz kəşfiyyatına başlayacaq
Türkiyə 2026-cı ildə Pakistanda 5 yataqda neft və təbii qaz kəşfiyyatına başlayacaq / AA

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İslamabadda keçirilən danışıqlar zamanı bildirib ki, Türkiyə 2026-cı ildən etibarən Pakistanın üç dəniz və iki quru yatağında neft və təbii qaz kəşfiyyatına başlayacaq.

A.Bayraktar dekabrın 2-də Pakistanın Baş naziri Şahbaz Şərif, neft naziri Əli Pərvaiz Malik və energetika naziri Sərdar Əvais Əhməd Xan Leqarı ilə görüşüb. Danışıqlardan sonra Türkiyənin milli neft şirkəti TPAO altı Pakistan şirkəti – Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL ilə karbohidrogen kəşfiyyatı və istehsalı üzrə müqavilələr imzalayıb.

İmza mərasimindən sonra çıxış edən Alparslan Bayraktar bu müqavilələri Ankara və İslamabad arasında enerji və mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsində “əhəmiyyətli addım” adlandırıb. O, bildirib ki, Türkiyə son illərdə neft və təbii qaz kəşfiyyatı sahəsində güclü imkanlar inkişaf etdirib.

Alparslan Bayraktar vurğulayıb ki, Türkiyə ən azı bir dəniz blokunda operator kimi fəaliyyət göstərəcək və 2026-cı ildə Pakistan sahillərində seysmik tədqiqat gəmilərini yerləşdirəcək.

Pakistanı “əhəmiyyətli mineral sərvətlərə malik ölkə” kimi xarakterizə edən A.Bayraktar bildirib ki, Türkiyənin dövlətə məxsus mədən şirkətləri – MTAIC və Eti Maden tezliklə Pakistan bazarında fəaliyyətə başlayacaq. O, deyib: “Bu gün vacib qərarlar verdik. Afrika və Orta Asiyadakı işlərimizə bənzər şəkildə Pakistanda da birgə mədən layihələrinə sürətlə daxil olacağıq’’.

Alparslan Bayraktar həmçinin vurğulayıb ki, enerji və mədənçilik sahəsində əməkdaşlığın dərinləşdirilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın fevral ayında Pakistana səfəri zamanı müəyyən edilmiş ikitərəfli ticarət həcmini 5 milyard dollara çatdırmaq məqsədinə nail olmaq üçün vacibdir.

Nazir əlavə edib ki, həm Türkiyə, həm də Pakistan neft məhsulları və mayeləşdirilmiş təbii qazın əsas idxalçısıdır.

İslamabadda imzalanan müqavilələr Prezident Ərdoğanın fevral ayında bu ölkəyə etdiyi səfər zamanı karbohidrogen əməkdaşlığı, enerji keçidi və mədənçilik sahəsində imzalanan müqavilələrə əsaslanır. Bayraktar aprel ayında etdiyi səfər zamanı TPAO və Pakistan milli şirkətlərinin dənizdə və quruda tenderlər üçün birgə təkliflər təqdim etməsini təmin edib və bu təkliflər artıq kəşfiyyat lisenziyalarına çevrilib.

Araşdırma
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır
Putin: "Rusiya və ABŞ qlobal təhlükəsizlik üçün müştərək məsuliyyət daşıyır"
Yaxın üç gün ərzində təkcə Tehranda 15-20 milyon insanın mərasimlərdə iştirakı gözlənilir
Belçikanın müdafiə naziri: "NATO-nun Türkiyəyə ehtiyacı var"
Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib
İranın keçmiş ali rəhbəri Əli Xameneinin tabutu dəfn mərasimi üçün Tehrana gətirilib
Pakistanda təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb