DÜNYA
1 dəqiqə oxuma
Rusiya və Ukrayna növbəti dəfə bir-birini hücum törətməkdə ittiham etdi
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində regionun cənubundakı yanacaq-energetika obyektində və Dzerjinski rayonundakı anbarlarda yanğın baş verdiyini bildirib
Rusiya və Ukrayna növbəti dəfə bir-birini hücum törətməkdə ittiham etdi
[FAYL] Dronlar Ukrayna və Rusiya arasındakı hava müharibəsinin mərkəzi elementinə çevrilib / Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti / AP

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində regionun cənubundakı yanacaq-energetika obyektində və Dzerjinski rayonundakı anbarlarda yanğın baş verdiyini bildirib. Mülki infrastruktura ziyan dəydiyini deyən qubernator beş nəfərin yaralandığını və fövqəladə hallar briqadalarının hadisə yerində yanğının söndürülməsi istiqamətində iş apardıqlarını vurğulayıb. Rusiyanın onlayn satış platforması "Wildberries" də hücum faktını təsdiqləyərək Volqoqraddakı logistika mərkəzlərindən birində yanğın baş verdiyini açıqlayıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar da Qukovo şəhərində PUA-nın yaşayış binasına çırpılması nəticəsində bir nəfərin yaralandığını qeyd edib.

Rusiya Müdafiə Nazirliyi ölkə ərazisində, ilhaq olunmuş Krımda, eləcə də Qara və Azov dənizləri akvatoriyasında Ukraynaya məxsus ümumilikdə 371 dronun zərərsizləşdirildiyini iddia edib.

Ukrayna tərəfi isə Rusiya qüvvələrinin Nikopol rayonuna etdiyi hücum nəticəsində iki mülki şəxsin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildirib. Ukrayna Hərbi Hava Qüvvələri ölkənin şimal, cənub və şərq istiqamətlərində Rusiya PUA-larının vurulduğunu açıqlayıb.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib