TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan Aİ Komissiyası sədrinin Türkiyə ilə bağlı açıqlamalarını qınadı
Nazir H.Fidan U.fon der Lyayenin Türkiyə ilə bağlı son açıqlamalarını “təəssüfləndirici” adlandırıb
H.Fidan Aİ Komissiyası sədrinin Türkiyə ilə bağlı açıqlamalarını qınadı
H.Fidan Aİ Komissiyası sədrinin Türkiyə ilə bağlı açıqlamalarını qınayıb / AA

Türkiyə Xarici işlər naziri Hakan Fidan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Türkiyə ilə bağlı son açıqlamalarını “təəssüfləndirici” adlandıraraq məsələnin diplomatik kanallar vasitəsilə müzakirə olunduğunu bildirib.

Aprelin 24-də Oksford Universitetində çıxış edən H.Fidan deyib: “Sədrin açıqlamaları uğursuz idi, lazımi təmasları qurduq, beləliklə də məsələnin həll edildiyini düşünürük”.

H.Fidanın bu fikirləri U.fon der Lyayenin bu həftə Hamburqda “Die Zeit” qəzetinin 80 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi çıxışı ilə bağlı olub.

Xatırladaq ki, həmən tədbirdə Aİ-nin genişlənməsi məsələsinə toxunan U.fon der Lyayen deyib: “Avropa qitəsini tamamlamalıyıq ki, Rusiya, Türkiyə və ya Çinin təsiri altında qalmasın.”

 

“Məsələnin siyasi istismarı”

Türkiyə dövləti aprelin 24-də bəzi ölkə rəsmilərinin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına cavab olaraq bəyanat yayımlayıb. Regional sabitliyi vurğulayaraq məsələnin siyasi istismarına qarşı çıxıb.

Tükiyə Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yayımlanan açıqlamada qeyd olunub: “Cənubi Qafqazda formalaşan sülh mühiti regionun sabitlik və əməkdaşlıq məkanına çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışanlara verdiyi güclü cavabdır. Bəzi üçüncü ölkə siyasətçilərinin bu mövzudan dar siyasi maraqları üçün istifadə etməyə və ya öz məsuliyyətlərini ört-basdır etməyə çalışdıqları müşahidə olunur.”

Türkiyə dövləti uzun müddətdir mövcud olan mövqeyini təkrarlayaraq tarixi araşdırma və şəffaflığa sadiq qaldığını bildirib. Rəsmi Ankara bu torpaqlarda əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclü nümunələrinə ev sahibliyi etdiyini vurğulayaraq 1915-ci il hadisələrinin obyektiv və ədalətli araşdırılması üçün birgə tarix komissiyasının yaradılması təklifini xatırladıb.

Açıqlamada qeyd olunub: “Konstruktiv niyyət daşıyan üçüncü tərəfləri son dövrdə formalaşan müsbət dialoq mühitini dəstəkləməyə çağırırıq.”

MƏNBƏ:TRT
Araşdırma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib