DÜNYA
1 dəqiqə oxuma
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rəsmi "X" səhifəsində paylaşım edən Sanders Prezident Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun yenidən seçilməsini dəstəkləməsinə reaksiya göstərib
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb

ABŞ senatoru Sanders İsrailə hərbi yardımın dayandırılmasını tələb edib.

Rəsmi "X" səhifəsində paylaşım edən Sanders Prezident Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu dəstəkləməsini tənqid edib.

Trampın bununla bağlı bəyanatının "sürpriz" olmadığını ifadə edən Sanders hər iki liderin Yaxın Şərqdə müharibə tərəfdarı olduğunu vurğulayıb.

"Bir avtoritar digərinin hakimiyyətdə qalmasına kömək edir" ifadəsini işlədən amerikalı senator Vaşinqtonun İsrailə etdiyi hərbi yardımları təcili olaraq dayandırmalı olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərində Netanyahunu dəstəklədiyini bəyan etmişdi.