SİYASƏT
1 dəqiqə oxuma
Donald Tramp: ''Putinlə Zelenski yaxın zamanda görüşəcəklər''
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın zamanda görüşəcəklərini bildirib
Donald Tramp: ''Putinlə Zelenski yaxın zamanda görüşəcəklər''
Президент США Дональд Трамп

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın zamanda görüşəcəklərini bildirib.

Amerika lideri bu barədə Texas ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.

Donald Tramp Rusiya-Ukrayna münaqişəsini və digər vacib məsələləri dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoffla müzakirə etdiyini deyib. Rusiya və Ukrayna tərəfləri arasında böyük irəliləyişin əldə olunduğunu bildirən Donald Tramp yaxın vaxtlarda Putin və Zelenskinin iştirakı ilə görüşün keçiriləcəyini bəyan edib.

Moskva və Kiyev arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən son sülh danışıqları yanvar və fevral aylarında Əbu-Dabi və Cenevrədə baş tutub.

İranla münasibətlərə də toxunan Donald Tramp rəsmi Tehranın Vaşinqtonla razılığa gəlmək istədiyini irəli sürüb. Seçkilərdən sonra İrana yeni zərbələrin endirilib-endirilməyəcəyi ilə bağlı suala cavab verən ABŞ Prezidenti "Hər şey mümkündür" deyib.