DÜNYA
1 dəqiqə oxuma
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
Rusiya Müdafiə Nazirliyi Ukraynanın qərbində Avropa ölkələrindən gələn hərbi yüklərin daşınmasında istifadə olunan dəmir yolu infrastrukturuna hücumların davam etdiyini açıqlayıb
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın qərbində Avropa ölkələrindən gələn hərbi yüklərin daşınmasında istifadə olunan dəmir yolu infrastrukturuna hücumların davam etdiyini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Rusiya Silahlı Qüvvələri gün ərzində Ukraynadakı müxtəlif hədəflərə qarşı əməliyyatlar keçirib.

Açıqlamada Odessa şəhərindəki logistika mərkəzlərinin, dron istehsalı zavodunun, həmçinin Odessa limanında hərbi yük daşıyan gəminin və limanın fəaliyyətini təmin edən transformator yarımstansiyalarının hədəf alındığı bildirilib.