SİYASƏT
1 dəqiqə oxuma
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin dövlət başçısı Si Cinpini hava limanında qarşılayıb
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin dövlət başçısı Si Cinpini hava limanında qarşılayıb.

Məlumata görə, Si Cinpin Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Limanında təşkil olunan rəsmi mərasimlə qarşılanıb.

Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandıran Donald Tramp Si Cinpin ilə bir çox vacib məsələni müzakirə edəcəklərini bildirib.

Görüşdə İran böhranının müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Donald Tramp deyib: "Bu məsələni və bir çox digər məsələləri müzakirə edəcəyik’’.

Qeyd edək ki, Donald Tramp çinli həmkarı Si Cinpini və həyat yoldaşı Pen Liyuanı sentyabrın 24-də Ağ Evdə hərbi mərasimlə qarşılayacaq. Tərəflər arasında baş tutacaq danışıqlardan sonra Donald Tramp qonağın şərəfinə rəsmi şam yeməyi verəcək. Liderlərin cümə günü Ağ Evdə yenidən bir araya gəlməsi nəzərdə tutulur.

Qeyd edək ki, Si Cinpin 2015-ci ildən bəri ilk dəfədir ki, Vaşinqtona rəsmi səfər edir.