MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Fransa tərəfindən “nadir tapıntı” kimi qiymətləndirilən dinozavr skeleti Qobi səhrasından çıxarıldıqdan sonra ələ keçirilib
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı / AP

Fransa dekabrın 8-də (bu gün) Qobi səhrasından qaçaq yolla çıxarılaraq gömrük orqanları tərəfindən müsadirə olunan 70 milyon illik dinozavr skeletinin təxminən on il sonra Monqolustana geri göndərilməsinə qərar verib.

Nadir növ hesab edilən və “Tyrannosaurus rex” növü dinozavrın Asiya mənşəli “qohumu” kimi tanınan “Tarbosaurus baatar” Cənubi Koreya vasitəsilə ölkədən çıxarıldıqdan sonra 2015-ci ildə Fransanın mərkəzindəki Qannat qəsəbəsində ələ keçirilib. Dövlət bütcəsi naziri Ameli de Monşalen dinozavr yumurtaları da daxil olmaqla təxminən 30 digər fosillə birlikdə skeletin rəsmi şəkildə təhvil verilməsinə hazırlaşır.

Fransa gömrük rəsmisi Sofi Xokkerel “France 2” telekanalına açıqlamasında deyib: “Bu, ələ keçirildiyi vaxt dəyəri təxminən 700 min avro olan tam bir “Tarbosaurus” nümunəsidir. Lakin həmin vaxtdan bəri bazar xeyli böyüyüb”. O əlavə edib ki, fosilin hazırkı dəyəri bunun iki-üç qatına qədər arta bilər. S.Xokkerel tapıntını mükəmməl bir kəşf adlandırıb.

Təxminən 70–65 milyon il əvvəl Kratase dövrünün son mərhələsində Asiyada yaşamış “Tarbosaurus baatar” növünə qitə hüdudlarından kənarda rast gəlinməyib. Bu səbəbdən fosilin Monqolustana geri qaytarılması xüsusilə əhəmiyyətli sayılır.

Monqolustan dövləti bir əsr əvvəl tədqiqatçı Roy Çapman Endryusun Qobi səhrasında dinozavr yumurtaları tapmasından bəri həm paleontoloqların, həm də qaçaqmalçıların hədəfində olan bölgədən itirilmiş fosilləri geri qaytarmaq üçün illərdir çalışır.

Monqolustan qanunlarına görə, fosillərin rəsmi icazə olmadan ölkədən çıxarılması qadağandır və xaricdə ələ keçirildikdə adətən geri qaytarılır.

Qeyd edək ki, sözügedən iş 2021-ci ildə Parisdə keçirilmiş, rekord məbləğə satılan “Triseratops” nümunəsinin hərracı kimi diqqətçəkən satışlarla gündəmə gələn fosil qaçaqmalçılığına dair qlobal müşahidələrin artdığı bir dövrə təsadüf edir. Həmin hərracda səkkiz metrlik nümunə 6,6 milyon avroya satılmışdı.

MƏNBƏ:TRT
Araşdırma
Burhanettin Duran: ""Türk mətbəxi həftəsi" güclü sivilizasiya irsimizi yaşadır"
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?
Türkiyə Atatürkün Selanikdəki evini yenidən istifadəyə verərək qurucusunun irsini şərəfləndirir
Osman Həmdi bəyin portret əsəri  1,5 milyon dollara hərraca çıxarılıb
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı