SİYASƏT
2 dəqiqə oxuma
Türkiyə XİN ABŞ-İran gərginliyi ilә bağlı xəbərdarlıq etdi
Rәsmi Ankara ABŞ-ın İranın nüvə obyektlərinə hücumuyla bağlı narahatlığını bildirərək, ehtiyatlı davranmağa və təcili diplomatik təşəbbüslərin başladılmasına çağırış edib
Türkiyə XİN ABŞ-İran gərginliyi ilә bağlı xəbərdarlıq etdi
22 iyun 2025

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın İranın nüvə obyektlərinə təşkil etdiyi hücumdan dərin narahatlıq keçirdiyini bildirərək bu vəziyyətin regional münaqişəni qlobal böhrana çevirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İyunun 22-dә (bu gün) yayımlanan açıqlamada deyilir: “ABŞ-ın 22 iyun tarixində İran İslam Respublikasının nüvə obyektlərinə endirdiyi hava zərbəsi münaqişənin alovlanması və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskini ən yüksək həddə çatdırmışdır. Bu hadisələr regional münaqişəni qlobal müstəviyə daşıya bilər. Belə bir fəlakət ssenarisinin reallaşmasını istəmirik.”

Türkiyə bütün tərəfləri məsuliyyətli davranmağa və daha çox insan tələfatının və dağıntının qarşısını almaq üçün qarşılıqlı hücumlara dərhal son qoymağa çağırıb.

Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün yeganə yol danışıqlardır. Bundan başqa beynəlxalq ictimaiyyəti sülhә aparan həll yolları üçün diplomatik səylərə dəstək verməyə çağırıb.

Nazirliyin açıqlamasının sonunda isə vurğulanıb ki, Türkiyə üzərinə düşən məsuliyyətləri yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır.

Qeyd edәk ki, rәsmi Ankaranın bəyanatı ABŞ-ın İranın nüvә obyektlәrinә yönәlik sığınacaq deşici bombalar və qanadlı raketlər vasitəsilə həyata keçirdiyi hava zərbələrindən bir neçə saat sonra yayılıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 22-dә (bu gün) verdiyi açıqlamada Amerika qüvvələrinin İranın üç nüvə obyektinə qarşı uğurlu hava hücumları təşkil etdiyini bildirib. Bu bəyanat bölgədə daha genişmiqyaslı toqquşma baş verə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

 

BMT Təhlükəsizlik Şurası ABŞ-ın hücumunu qınadı

ABŞ-ın hücumlarından sonra İran BMT Təhlükəsizlik Şurasına təcili müraciәt ünvanlayaraq Amerikanın hücumunu qınamağa və beynəlxalq hüququ pozanların məsuliyyətə cəlb edilməsini tәlәb edib.

Xәbәr verildiyi kimi, qarşıdurmalar İsrailin 13 iyun tarixində İranın hərbi və nüvə obyektləri də daxil olmaqla bir sıra hədəflərə hava zərbələri endirməsi ilə başlamışdı. Bu hücumlara cavab olaraq Tehran rәhbәrliyi dә raket hücumları həyata keçirmişdi.

İsrail rəsmiləri İranın raket hücumları nəticəsində tәxminәn 25 nəfərin həlak olduğunu, yüzlərlə insanın isə yaralandığını açıqlayıb.

Digər tərəfdən, İran Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində İranda 430 nəfər həyatını itirib, 3.500-dən çox insan isə yaralanıb.

MƏNBƏ:TRT Global
Araşdırma
Türkiyə dövləti İsrailin Fələstin ərazisində torpaq qeydiyyatı planına etiraz etdi
İsrail qüvvələri atəşkəsə baxmayaraq Qəzzada qətl törətməyə davam edir
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''