AZƏRBAYCAN
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edib
R.T.Ərdoğan və Türkiyə rəsmiləri Azərbaycan xalqına həmrəylik mesajları ünvanlayıb
Prezident R.T.Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edib
Prezident R.T.Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik edib / AA
19 oktyabr 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr – Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi təbrik ünvanlayıb.

Ölkə başçısı R.T.Ərdoğan oktyabrın 18-də sosial media platforması “NSosyal” üzərindən etdiyi paylaşımda yazıb: “Can dostumuz və əziz qardaşımız Azərbaycanı 18 oktyabr Müstəqillik Günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarımı çatdırıram.”

Türkiyə prezidenti administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Burhanəddin Duran isə ayrıca paylaşımında rəsmi Ankaranın Bakı rəhbərliyi ilə birlikdə olmaqdan və “bir millət, iki dövlət” prinsipini müdafiə etməkdən şərəf duyduğunu vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi də “NSosyal” üzərindən paylaşdığı təbrikdə belə yazıb:
“Müttəfiqimiz və qardaşımız Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümü mübarək olsun.”

Eyni zamanda, Türkiyə Milli Müdafiə Nazirliyi də paylaşım edərək Azərbaycanı təbrik edib və “bir millət, iki dövlət” anlayışı ilə rəsmi Bakıyla birlik və bərabərlik içində olmağa davam edəcəklərini bəyan edib.

Qeyd edək ki, Azərbaycan hər il 18 oktyabr tarixində 1991-ci ildə qəbul edilən Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının ildönümünü Müstəqillik Günü kimi qeyd edir. Bu sənədlə Azərbaycan, 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz müstəqilliyinin bərpası kimi elan edib.

Xatırladaq ki, Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdu.

MƏNBƏ:TRT