DÜNYA
2 dəqiqə oxuma
Rusiyanın Kamçatka bölgəsində 8.8 bal gücündə zəlzələ baş verib
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb
Rusiyanın Kamçatka bölgəsində 8.8 bal gücündə zəlzələ baş verib
30 iyul 2025

Rusiyanın Kamçatka yarımadasında 8,8 bal gücündə güclü zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 119 kilometr aralıda, ocağı isə 20,7 kilometr dərinlikdə yerləşib.

Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov rəsmi “Telegram” kanalında yayımladığı açıqlamada zəlzələni son onilliklərin ən güclü zəlzələsi adlandırıb.

Regional səhiyyə naziri Oleq Melnikov isə Rusiyanın “TASS” xəbər agentliyinə açıqlamasında Kamçatkada bir neçə nəfərin xəsarət aldığını bildirib. Onun sözlərinə görə, xəsarət alanların hamısının vəziyyəti stabildir.

Sunami təhlükəsi və təxliyələr

Zəlzələdən sonra Sakit okeanda sunami təhlükəsi elan edilib. Saxalin vilayətinin Severo-Kurilsk şəhərindəki sakinlərin təxliyə edilməsi ilə bağlı göstəriş verilib.

ABŞ-ın Sunami Xəbərdarlığı Sistemi Rusiya, Yaponiya, Alyaska və Havay adalarının bəzi sahillərində sunami dalğalarının ola biləcəyi barədə xəbərdarlıq edib.

Havayda yerləşən Honolulu Fövqəladə Hallar İdarəsi, ABŞ-ın Havay ştatında sahilyanı ərazilərdə yaşayan sakinlərin təxliyə olunması ilə bağlı çağırış edib. “Hərəkətə keçin! Dağıdıcı sunami dalğaları gözlənilir,” – deyə açıqlamada bildirilib.

ABŞ Milli Hava Xidməti San Fransisko Körfəz Bölgəsi və Kaliforniya sahilləri üçün də sunami xəbərdarlığı verdiyini açıqlayıb. “Sudan və çimərliklərdən uzaq durun! Yerli hakimiyyət bölgəyə qayıtmağın təhlükəsiz olduğunu bildirənə qədər sahildən uzaq qalın,” – deyə qurum “X” platformasında xəbərdarlıq edib.

ABŞ Sunami Xəbərdarlıq Mərkəzi Ekvador üçün də xəbərdarlıq yayıb və zəlzələdən sonra dalğaların 3 metrə (10 fut) qədər yüksələ biləcəyini bildirib.

Filippin Seysmoloji Agentliyi də sunami təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edərək, Sakit okeana baxan sahilyanı ərazilərdə yaşayanları çimərliklərdən uzaq durmağa çağırıb.

Araşdırma
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb