İQTİSADİYYAT
2 dəqiqə oxuma
BEA rəhbəri: "Hörmüz boğazı böhranı qlobal iqtisadiyyat üçün “ciddi təhdid” yaradır
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, mövcud böhran davam edərsə, heç bir ölkə onun təsirlərindən sığortalanmayacaq
BEA rəhbəri: "Hörmüz boğazı böhranı qlobal iqtisadiyyat üçün “ciddi təhdid” yaradır
Fatih Birol / Reuters

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol İrana qarşı aparılan müharibənin səbəb olduğu enerji böhranı nəticəsində qlobal iqtisadiyyatın “ciddi bir təhdid” altında olduğunu söyləyib və böhran bu şəkildə davam edərsə, “heç bir ölkənin təsirlərdən kənarda qala bilməyəcəyi” barədə xəbərdarlıq edib.

F.Birol bu gün (23 mart 2026) Avstraliyanın paytaxtındakı “National Press Club”da etdiyi çıxışında mövcud enerji böhranını 1970-ci illərdəki böhranlarla və Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibənin təsiri ilə müqayisə edib.

“Bu böhran mövcud vəziyyətilə iki neft böhranı və bir qaz böhranının birləşməsidir. Qlobal iqtisadiyyat bu gün çox böyük bir təhdidlə üz-üzədir və bu problemin mümkün qədər tez zamanda həll olunacağına çox ümid edirəm”, -deyə BEA rəhbəri qeyd edib.

Fatih Birol deyib: “Bu böhran bu istiqamətdə irəliləməyə davam edərsə, heç bir ölkə onun təsirlərindən kənarda qala bilməyəcək. Bu səbəbdən qlobal səylərə ehtiyac var”.

Müharibə dördüncü həftəsinə daxil olarkən, ABŞ prezidenti Donald Tramp və İran rəsmiləri qarşılıqlı təhdidlərlə çıxış ediblər. ABŞ Prezidenti dünya neft və qaz daşımalarının təxminən 20 faizinin keçdiyi və hazırda bağlanmış olan Hörmüz boğazının yenidən açılmasını tələb edib.

Bu dar keçiddəki tıxanma buradan keçən neft tədarükünü demək olar ki, tamamilə dayandırıb və neft qiymətləri sürətlə yüksəlib.

Daha çox neft ehtiyatı bazara çıxarıla bilər

Fatih Birol İran müharibəsi səbəbindən ehtiyac yaranarsa, daha çox neft ehtiyatının bazara çıxarılması ilə bağlı Beynəlxalq Enerji Agentliyinin Asiya və Avropadakı hökumətlərlə danışıqlar apardığını bildirib

O deyib ki, zərurət yaranarsa, əlbəttə ki, bunu edərik. Şəraitə baxarıq, bazarları təhlil edərik, qiymətləndirərik və üzv ölkələrimizlə məsləhətləşərik.

BEA üzvü olan ölkələr martın 11-də qlobal xam neft qiymətlərindəki artımı dayandırmaq üçün strateji ehtiyatlardan rekord səviyyədə, 400 milyon barel neftin buraxılması barədə razılığa gəlmişdilər.

Birol yeni bir neft buraxılışı qərarı üçün müəyyən xam neft qiymət səviyyəsinin həlledici amil olmayacağını da əlavə edərək, Yaxın Şərqdəki böhranı “çox ciddi” fakt olaraq xarakterizə edib.

Araşdırma
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb
BVF: Avropa daha yüksək inflyasiya və daha yavaş böyüməyə doğru sürüklənə bilər
Türkiyə və Dünya Bankı arasında 1,67 milyard avroluq müqavilə imzalandı
ABŞ-nin blokada qərarı neft qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu
Neft qiymətləri düşür, qlobal səhmlər yüksəlir
Hörmüz boğazında yaranan fasilələr Türkiyəni etibarlı alternativ tranzit yol edir
FAO:''Müharibə səbəbindən artan enerji və gübrə xərcləri ərzaq qiymətlərini artırır''
Neftin qiyməti rekord həddə çatıb
Neft qiymətləri düşüb, İran müharibəsinin səngiyəcəyinə dair ümidlər səhm bazarlarını yüksəldib
İsrail iqtisadiyyatı Qəzzadakı iki illik soyqırım səbəbindən 57 milyard dollar itirib
Bazarlar çökdü: Trampın İrana 48 saatlıq ultimatumundan sonra neft qiymətləri yüksəldi
Pentaqon İran müharibəsi üçün 200 milyard dollardan çox təcili vəsait tələb edib
Hörmüz boğazından təxminən 90 gəmi keçib
İKRİ və rəsmi Bağdad Türkiyənin Ceyhan limanı üzərindən neft ixracı ilə bağlı razılığa gəlib
Yaxın Şərqdə neft qiymətləri müharibənin tələbə olan təsiri ilə qlobal zirvəyə yüksəldi
İraq Hörmüz boğazının bağlanmasından sonra neft ixracı üçün Kərkük–Türkiyə boru xəttinə yönəlir
Rusiya qlobal enerji bazarının Rusiya neftinə ehtiyacı olduğunu bildirib
ABŞ Enerji Nazirliyi strateji neft ehtiyatından 172 milyon barel neft ayıracaq
İrana qarşı müharibə davam edərkən dünya bazarlarında neftin qiyməti 105 dolları keçib
ABŞ İrana qarşı müharibənin ilk 4 günündə 2 milyard dollarlıq hərbi texnika itirib