Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım etdiyi gündəlik video mesajında Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirib.
Zelenski Rusiya ordusunun noyabrın 2-də Zaporojye bölgəsindəki Komişuvvaxa kəndinə etdiyi hava hücumlarında ölənlərin sayının 26-ya çatdığını bildirib və "Bu, alçaq bir terror hücumudur" deyib.
Zelenski "Patriot" hava hücumundan müdafiə sistemində istifadə edilən raketlərə ehtiyac duyduqlarını qeyd edərək əlavə edib: "Kəşfiyyat mənbələrimizdən bilirik ki, Rusiya ölkəmizin enerji və logistika sektorlarına yeni və intensiv hücum hazırlayır".
Rusiyaya təzyiq göstərilməli olduğunu iddia edən Zelenski deyib: "Rusiyaya təzyiq göstərməliyik ki, onların bu müharibəni bitirməkdən başqa çarəsi qalmasın".



















