DÜNYA
1 dəqiqə oxuma
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb
Taylandın şimal-şərqindəki Mukdahan əyalətində 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində səkkiz Buddist rahib həlak olub, 14-ü isə yaralanıb
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb

Taylandın şimal-şərqindəki Mukdahan əyalətində 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində səkkiz Buddist rahib həlak olub, 14-ü isə yaralanıb. Əyalət valisi Vorrayan Bunnarat bildirib ki, azyaşlı idarəetməni itirərək yük maşınını 35 nəfərlik Buddist rahib qrupunun üzərinə sürüb

Vorrayan Bunnarat qeyd edib ki, rahiblərdən beşi hadisə yerində, üçü isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib, xəsarət alan digər 14 nəfərin müalicəsi isə davam edir. Yerli polis idarəsindən verilən bəyanatda yük maşınını idarə edən azyaşlının saxlanıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.