TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyədə NATO-nun 36-cı sammiti başladı
Sammitdə NATO-ya üzv olan 32 ölkənin dövlət və hökumət başçıları, minlərlə diplomat, jurnalist və dəvət olunmuş qonaqlar iştirak edəcək
Türkiyədə NATO-nun 36-cı sammiti başladı
Türkiyədə NATO-nun 36-cı sammiti başladı

36-cı NATO sammitinə hazırlıq işləri başa çatıb. Sammitdə NATO-ya üzv olan 32 ölkənin dövlət və hökumət başçıları, minlərlə diplomat, jurnalist və dəvət olunmuş qonaqlar iştirak edəcək. Proqramın bir hissəsinin ATO Konqres Mərkəzində təşkil olunması nəzərdə tutulur. NATO dövlət və hökumət başçıları iyulun 8-də Prezident İqamətgahında bir araya gələcəklər. Alyansın müdafiə və xarici işlər nazirlərinin qatılacağı görüşlər də bu gün elə həmin məkanda baş tutacaq.

NATO-nun Müdafiə Sənayesi Forumu bu il ilk dəfə olaraq sammitin rəsmi proqramına daxil edilib. NATO-nun açıqladığı proqrama əsasən, forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Güler və NATO-nun Baş katibi Mark Ruttenin çıxış edəcəyi gözlənilir. Müdafiə sənayesi ilə bağlı müxtəlif sessiyaların keçiriləcəyi forum çərçivəsində Rutte ilə yanaşı Ukrayna Prezidenti Volodimir Zelenski də mühüm açıqlamalar verəcək.

Dünya liderlərinə ev sahibliyi edən Ankara mühüm diplomatik görüşlərin mərkəzinə çevrilir. Prezident Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Rumen Radev, Monteneqronun Baş naziri Milojko Spajic, NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta kimi liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edlək ki, NATO-ya üzv ölkləllərin xarici işlər və müdafiə nazirləri işgüzar nahar formatında bir araya gələcəklər. Sammit çərçivəsində həmçinin 2004-cü ildə İstanbulda əsası qoyulan və Qətər, Bəhreyn, Küveyt, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi İstanbul Əməkdaşlıq Təşəbbüsü (İƏT) çərçivəsində xarici işlər nazirləri səviyyəsində xüsusi sessiya təşkil olunacaq.

Araşdırma
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
Prezident R.T.Ərdoğan 2026-2027-ci tədris ilinin açılış mərasimində çıxış edib
Prezident Ərdoğan İstanbulun işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edib
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib