SİYASƏT
2 dəqiqə oxuma
Rubio: "Netanyahunun planı Trampın planı ilə ziddiyyət təşkil edir"
Vaşinqton administrasiyası gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq məqsədilə HƏMAS-ın tərksilah olunmağı qəbul etməsi şərti ilə...
Rubio: "Netanyahunun planı Trampın planı ilə ziddiyyət təşkil edir"
Marko Rubio / AP

Vaşinqton administrasiyası gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq məqsədilə HƏMAS-ın tərksilah olunmağı qəbul etməsi şərti ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvənin yerləşdirilməsini hədəfləyir.

ABŞ-nin Dövlət katibi Marko Rubio İsrailin Qəzza zolağının 70 faizini işğal etmək planının Tramp administrasiyasının müharibəni bitirməyə yönəlmiş təklifinin bir hissəsi olmadığını açıqlayıb.

M.Rubio Fələstin torpaqlarında yaşanan humanitar böhranla bağlı Konqres üzvlərinin kəskin sualları ilə üzləşib. Demokrat nümayəndə Roza Delauronun İsrail Baş naziri Benyamin Netanyahunun orduya "Qəzza torpaqlarının 70 faizini nəzarətə götürmək" barədə verdiyi göstərişlə bağlı sualına cavab verən Rubio deyib: "Bizim bir planımız var və bu plan belə bir vəziyyəti nəzərdə tutmur". Sualların israrla davam etməsindən sonra Rubio deyib ki, Netanyahu bu bəyanatı səsləndirdi, lakin bu vəziyyət bizim planımızın bir hissəsi deyil.

Administrasiyanın Qəzzadakı böhranı görməzdən gəldiyi barədə ittihamları rədd edən Rubio Vaşinqtonun HƏMAS-ın tərksilah olunması şərti ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvənin yerləşdirilməsini hədəflədiyini bildirib. Rubio deyib: "HƏMAS tərksilah olunana qədər heç kim Qəzzaya investisiya qoymayacaq".

Rubio administrasiyanın planını müdafiə etdi

Regionda 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu demək olar ki, hər gün həyata keçirdiyi hücum və pozuntularla 932 fələstinlini qətlə yetirib. Baş nazir Netanyahu ötən günlərdə verdiyi açıqlamada İsrail qüvvələrinin hazırda Qəzzanın təxminən 60 faizinə nəzarət etdiyini bildirərək, bu nisbəti 70 faizə çatdırmağı hədəflədiklərini bəyan etmişdi. Halbuki, Tramp planının birinci mərhələsi çərçivəsində İsrail qüvvələrinin daha əvvəl "sarı xətt"ə çəkilməsi və regionun 53 faizinə nəzarət etməsi nəzərdə tutulurdu.

Konqresdəki iclasda nümayəndə DeLauro işğal altındakı İordan çayının qərb sahilinin "faktiki ilhaq edilməsi" məsələsini də gündəmə gətirib. Dövlət katıbı Rubio ABŞ Prezidenti Donald Trampın regionun statusunda ediləcək birtərəfli dəyişikliklərə əvvəldən qarşı olduğunu vurğulayıb.

Rubio deyib: "Cənab Prezident bu cür dəyişiklikləri dəstəkləmədiyini dəqiq və təkrarən ifadə etmişdir. Belə addımlar Qəzzadakı razılaşma prosesini də çətinliyə sala bilər”.

İşğal altındakı İordan çayının qərb sahilində 2023-cü ilin oktyabrından bəri dərinləşən İsrail zorakılığında rəsmi məlumatlara görə, bu günə qədər 1 168 fələstinli həyatını itirib, təxminən 23 min nəfər isə saxlanılıb.

Araşdırma
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir