SİYASƏT
2 dəqiqə oxuma
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək
İƏT-in yüksək səviyyəli diplomatları dünya miqyasında müsəlmanların maraqlarını qorumaq və birgə reaksiyalar vermək məqsədilə İstanbulda bir araya gələcək
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək
Turkish FM Hakan Fidan attends the OIC Extraordinary Council of Foreign Ministers Meeting in Jeddah, Saudi Arabia, 2025. / Photo: AA
20 iyun 2025

21–22 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək.

Toplantıda əksəriyyəti müsəlman olan ölkələrin üzləşdiyi siyasi, sosial-iqtisadi və mədəni problemlər müzakirə olunacaq. İclasda müşahidəçi ölkələrin, İƏT-ə bağlı qurumların və beynəlxalq təşkilatların rəsmiləri də daxil olmaqla 1000-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü keçiriləcək iclasda çıxış edəcək və bölgədə pisləşən təhlükəsizlik vəziyyətinə toxunacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İƏT Şurasına sədrliyi kamerunlu Lejeune Mbella Mbelladan təhvil alacaq.

İki gün davam edəcək toplantıda nazirlərin İsrailin Qəzzada apardığı müharibə, bölgənin yenidən qurulması və Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli ilə bağlı çağırışlar da daxil olmaqla geniş gündəlik ətrafında müzakirələr aparacağı gözlənilir.

Görüşdə həmçinin İsrailin İrana son hücumlarının regional və qlobal təhlükəsizliyə təsiri də qiymətləndiriləcək. İclas çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunacaq.

Diplomatik mənbələrin yaydığı məlumata görə, Hakan Fidan iclasda çıxışı zamanı Türkiyənin Fələstin məsələsini prioritet hesab etdiyini vurğulayacaq. O, rəsmi Ankaranın ədalətli və davamlı sülh üçün iki dövlətli həll yolunun vacibliyinə dair mövqeyini bir daha səsləndirəcək.

Hakan Fidanın həmçinin İsrailin hərbi əməliyyatlarının miqyasının genişlənməsinə qarşı xəbərdarlıq edəcəyi və xüsusilə Livan, Suriya və Yəməndə həyata keçirilən son hücumlara diqqət çəkəcəyi gözlənilir.

İran İsrailin təcavüzünü pisləyir

İranın xarici işlər naziri Abbas Əraqçinin İsrail və İran arasında artan hərbi əməliyyatlar fonunda şənbə günü keçiriləcək iclasda iştirak edəcəyi gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, İsrailin İranın nüvə və hərbi obyektlərinə, xüsusilə Arakdakı Xondab nüvə obyektinə endirdiyi son hücumlarla bağlı xüsusi iclasın keçirilməsi gündəmdədir. Türkiyə bu hücumları kəskin şəkildə pisləyib, onları beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və İranın suverenliyini qorumaq hüququnu müdafiə etdiyini bəyan edib.

Pakistan Fələstinə dəstəyini ifadə edəcək

Pakistanın baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Darın İslamabadın Fələstin məsələsindəki möhkəm dəstəyini bir daha vurğulayacağı bildirilib.

Darın həmçinin regional sabitlik, Hindistanla sülh və fələstinlilərə təcili humanitar yardımın zəruriliyi məsələlərinə toxunması gözlənilir.

Malayziya müsəlman birliyinə dəstəyini yenidən təsdiqləyəcək

Malayziyanın xarici işlər naziri Dato Seri Mohamad Həsən ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək və İƏT çərçivəsində ümumi maraq doğuran məsələlərə dair Malayziyanın mövqeyini əks etdirən Milli Bəyannaməni təqdim edəcək.

Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"