SİYASƏT
1 dəqiqə oxuma
Türkiyə B.Netanyahunun 1915-ci il hadisələrinə dair açıqlamalarını siyasi manipulyasiya adlandırdı
Rəsmi Ankara bəyan edib ki, İsrail Baş nazirinin açıqlamaları tarixi və hüquqi faktlarla ziddiyyət təşkil edir
Türkiyə B.Netanyahunun 1915-ci il hadisələrinə dair açıqlamalarını siyasi manipulyasiya adlandırdı
Türkiyə XİN / AA
27 avqust 2025

Türkiyə avqustun 27-də (bu gün) İsrailin Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrinə dair verdiyi açıqlamaları qınayaraq rədd edib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: “B.Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlaması keçmişdə yaşanmış faciəvi hadisələri siyasi məqsədlər üçün istismar etmək cəhdidir. Fələstin xalqına qarşı törədilən soyqırımda rolu ilə bağlı məhkəmə qarşısında olan B.Netanyahu özü və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır.”

Türkiyə tərəfi bəyan edib ki, bu açıqlama tarixi və hüquqi faktlarla uyğun gəlmir, buna görə də qınanır və rədd edilir.

Qeyd edək ki, rəsmi Ankara uzun illərdir bu hadisələrin “soyqırım” kimi təqdim edilməsinə etiraz edir və baş verənləri hər iki tərəfin itkilər verdiyi bir faciə kimi dəyərləndirir. Ankara rəhbərliyi dəfələrlə Türkiyə və Ermənistan tarixçilərinin, həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə birgə komissiyanın yaradılmasını təklif edib ki, bu məsələ ətraflı şəkildə araşdırılsın.

Xatırladaq ki, İsrailin Qəzzaya hücumları nəticəsində 2023-cü ilin oktyabrından bəri təxminən 63 min fələstinli həyatını itirib. Hərbi əməliyyatlar nəticəsində bölgə dağıdılıb, əhali aclıqla üz-üzə qalıb.

Ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs qərarı çıxarıb.

MƏNBƏ:TRT
Araşdırma
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək
Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqları qiymətləndirib
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə ilə Misir arasındakı əməkdaşlıq regional sabitliyə töhfə verir''
Rusiya ABŞ-nin təzyiqinin artmasına baxmayaraq Kubaya neft tədarükünü davam etdirəcəyi vədini verib
Volodimir Zelenski döyüşlərdə 55 min Ukrayna hərbçisinin həlak olduğunu açıqladı
R.T.Ərdoğan: "Türkiyə dövləti İran–ABŞ arasında vasitəçi olmağa hazırdır"
Azərbaycan və Ermənistan ticarət əlaqələrini genişləndirmək barədə razılığa gəliblər
Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə bir araya gələcək