Qazaxıstanda Xəzər dənizində keçirilən hərbi təlim zamanı hava şəraitinin qəfil pisləşməsi nəticəsində güclü axına düşərək həlak olan hərbçilərin sayı 14-ə çatıb, 3 nəfər isə xilas edilib.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Məlumatda axtarış-xilasetmə əməliyyatlarının yekunlaşdırıldığı bildirilib.
TÖVSİYƏ EDİLƏN
Qeyd edək ki, Manqistau vilayətində baş verən hadisə ilə bağlı Qazaxıstan Baş Prokurorluğunun apardığı istintaq davam edir. Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib.























