DÜNYA
2 dəqiqə oxuma
Ukrayna Rusiyanın son hücumları nəticəsində ağır itkilər verdi
Ukrayna Rusiyanın həbsxanalar, xəstəxanalar və yaşayış məntəqələrini hədəf alan son hücumları nəticəsində azı 20 nəfərin həyatını itirdiyini, 40-dan çox insanın isə yaralandığını bildirib
Ukrayna Rusiyanın son hücumları nəticəsində ağır itkilər verdi
/ AP
29 iyul 2025

Yerli hakimiyyət orqanlarının iyulun 29-da yaydığı məlumata görə, gecə saatlarında baş verən hücumlar müxtəlif bölgələrdə ciddi dağıntılar və itkilərlə nəticələnib.

Zaporojya bölgəsində yerləşən bir həbsxanaya endirilən zərbə nəticəsində 16 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Bu barədə Zaporojya Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov rəsmi “Telegram” kanalında məlumat yayıb. O, bildirib ki, hücum nəticəsində ətrafdakı yaşayış evləri və digər obyektlərə də ciddi ziyan dəyib.

Dnepropetrovsk vilayətinin Kamyanske şəhərinə endirilən raket hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Vilayətin hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, hücum zamanı şəhər xəstəxanasına da ziyan dəyib.

Lısak qeyd edib ki, Sinelnikivski rayonunda baş verən başqa bir hücum nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. İyulun 28-də Velikomixaylovka qəsəbəsində törədilən hücumda da 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Rusiyanın cənubundakı Rostov vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatı tərəfindən həyata keçirilən hücum nəticəsində 1 nəfər həlak olub. Vilayətin müvəqqəti valisi Yuri Slyusar deyib:
“Ostrovski küçəsində bir avtomobilə ziyan dəyib. Təəssüf ki, avtomobilin içində olan sürücü həyatını itirib.”

Rəsmi Kiyev bildirib ki, Rusiyanın yay hücumları fonunda Ukrayna qüvvələri əsasən müdafiə mövqelərində irəliləyən düşmən birləşmələrinə qarşı müqavimət göstərməyə davam edir.

Həftə sonu Rusiya ordusu bölgədəki ilk kəndi nəzarətə götürdükdən bir neçə həftə sonra Dnepropetrovsk vilayətində yerləşən Maliyevka qəsəbəsinin də ələ keçirildiyini elan edib.

ABŞ prezidenti Donald Tramp iyulun 28-də verdiyi açıqlamada Moskvanın Ukraynadakı münaqişəni dayandırması üçün “təxminən 10-12 gün” vaxtı olduğunu, əks təqdirdə sərt sanksiyalarla üzləşəcəyini bəyan edib.

Araşdırma
Ərdoğan müsəlman ölkələri arasında daha güclü nəqliyyat inteqrasiyasına çağırıb
Rusiya hərbi obyektinə dəyən raketin qalıqları səbəbindən yaxınlıqdakı kəndlərdən biri boşaldılıb
Sudanda Nil çayında bərənin aşması nəticəsində on beş nəfər həlak olub
Rusiya Ukraynanın Odessa bölgəsindəki elektrik stansiyasına zərbə endirib
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib