TÜRKİYƏ
2 dəqiqə oxuma
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib
İstanbul Respublika Baş prokurorluğu B.Netanyahunun da daxil olduğu 35 şübhəli barəsində “insanlığa qarşı cinayət” ittihamı ilə ömürlük həbs cəzası tələb edib
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib / AA

İstanbul Respublika Baş prokurorluğu ötən il Qəzzaya humanitar yardım daşıyan “Qlobal Sumud” donanmasına qarşı silahlı hücumla bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun da daxil olduğu 35 şübhəli barəsində ittiham aktı hazırlayıb.

İttiham aktında hər bir şübhəli üçün ağırlaşdırılmış ömürlük həbs və 4 min 596 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunur. İttihamlar arasında “bəşəriyyətə qarşı cinayət”, “soyqırım” və “işgəncə” maddələri yer alıb.

Xatırladaq ki, “Qlobal Sumud” donanmasındakı fəallar 2025-ci ilin sentyabr ayında Qəzzaya humanitar yardım çatdırmağa çalışarkən İsrailin hərbi-dəniz qüvvələri tərəfindən beynəlxalq sularda hücuma məruz qalıb.

Qeyd edilir ki, Türkiyə dövləti bu istintaqa Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası və Türkiyənin cinayət qanunvericiliyində nəzərdə tutulan yurisdiksiya müddəaları çərçivəsində başlayıb.

 

Sistematik pozuntular

Məsələylə bağlı Türkiyə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Burhanəddin Duran B.Netanyahunu tənqid atəşinə tutaraq deyib: “Onun heç kimə dərs verməyə nə haqqı, nə də legitimliyi var.”

B.Duran B.Netanyahunu regionu qeyri-sabit vəziyyətə salmaqda günahlandıraraq onun “insanlığa qarşı törətdiyi cinayətlərə görə” cavab verəcəyini deyib.

Türkiyə rəsmiləri Qəzza və Livanda davam edən pozuntularla bağlı mövqelərini bir daha təkrarlayaraq, məsuliyyət və beynəlxalq hüquqa riayət olunması çağırışı ediblər.

Tənqidçilər və region liderləri B.Netanyahunu münaqişəni uzatmaq məqsədilə atəşkəs rejimini sistemli şəkildə pozmaqda günahlandırıblar.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Qəzzada elan olunan atəşkəsə baxmayaraq, mənbələr İsrailin 2 mindən çox pozuntu törətdiyini və bunun nəticəsində 738 nəfərin həyatını itirdiyini bildirir.

Livanda isə ABŞ ilə İran arasında iki həftəlik atəşkəs tətbiq olunsa da, İsrail razılaşmanın “Hizbullah”a qarşı hücumları əhatə etmədiyini əsas gətirərək “Əbədi qaranlıq” adlı hərbi əməliyyatlarını davam etdirir.

Birləşmiş Millətlər Təşkilatının münaqişənin “ən dağıdıcı” mərhələsi kimi qiymətləndirdiyi aprelin 8-də həyata keçirilən koordinasiyalı hücumlar nəticəsində təkcə həmin gün ölənlərin sayı 357-yə çatıb.

Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ildə Qəzzada törədilən müharibə cinayətləri ilə bağlı Benyamin Netanyahu barəsində həbs qərarı çıxarıb. Qəzzada 2023-cü ilin oktyabr ayından etibarən 72 mindən çox fələstinlinin öldürüldüyü bildirilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı isə 10 dəqiqə ərzində 100 nöqtənin vurulmasından sonra Livanın indiyədək ən “dağıdıcı” böhranla üzləşdiyi barədə bəyanat yayıb.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"
Türkiyə və Belçika ticarət və investisiya əlaqələrinin daha çox inkişafı üçün cəhd göstərirlər
Belçika Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşdirməkdə əhəmiyyətli potensial görür
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Türkiyə İran və ABŞ arasında davamlı atəşkəs üçün konstruktiv dialoqa çağırıb
Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş keçirib
Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının üçüncü iclası keçirilib
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
“Qlobal Sumud” humanitar yardım donanmasının fəlları İstanbula gətirilib
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
Prezident R.T.Ərdoğan TRT-ni 62-ci ildönümü münaibəti ilə təbrik edib
TBMM İsrailin ''Qlobal Sumud Donanması''na müdaxiləsini pisləyib
Türkiyə və İspaniya İsrailin Qəzza donanmasına müdaxiləsinə qarşı qlobal reaksiya çağırışı etdi