SİYASƏT
2 dəqiqə oxuma
Onun Moskvaya gəlişi bu məsələyə son nöqtəni qoyacaq
Rəsmi Moskva Taliban hakimiyyətinə DAEŞ-in (İŞİD) Əfqanıstan qoluna qarşı mübarizədə kömək edəcək
Onun Moskvaya gəlişi bu məsələyə son nöqtəni qoyacaq
FILE PHOTO: Taliban members celebrate on the second anniversary of the fall of Kabul. The Taliban says it is working to wipe out Daesh’s presence in Afghanistan.
2 may 2025

  Rəsmi Moskva Əfqanıstandakı Taliban hakimiyyətinə DAEŞ-in (İŞİD) Əfqanıstan qoluna qarşı mübarizədə kömək edəcək. Bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov mayın 2-də RİA dövlət xəbər agentliyinə bildirib. DAEŞ-i Rusiya və Əfqanıstanın “ümumi düşməni” adlandıraraq deyib: “Biz Talibanın DAEŞ-in Əfqanıstan qoluna qarşı mübarizədə göstərdiyi səyləri görür və qiymətləndiririk. Xüsusi strukturlar vasitəsilə Əfqanıstan hakimiyyətinə necə lazımsa, köməyimizi göstərəcəyik.”

  Hazırda heç bir ölkə Taliban hökumətini tanımır. Taliban 2021-ci ilin avqustunda ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin 20 illik müharibədən sonra Əfqanıstandan xaotik şəkildə geri çəkilməsindən sonra hakimiyyətə qayıdıb.

  Z.Kabulovun açıqlamaları son illər rəsmi Moskva ilə Kabil arasında yaranmış dramatik yaxınlaşmanı göstərir. Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə bildirdi ki, “Əfqanıstan indi terrorizmlə mübarizədə Rusiyanın müttəfiqidir”.

  2024-cü ildə Rusiya Talibanı 2003-cü ildən bəri daxil etdiyi “Terror təşkilatları siyahısı”ndan rəsmi olaraq çıxarıb.

  2024-cü ilin martında Moskva yaxınlığındakı bir konsert zalında 145 nəfərin öldürüldüyü hücumun məsuliyyətini DAEŞ öz üzərinə götürdü, amma arxasında ABŞ rəsmilərinin olduğunu göstərən kəşfiyyat məlumatları ortaya çıxdı.

  Hal-hazırda Taliban administrasiyası Əfqanıstanda qrupun mövcudluğunu tamamilə aradan qaldırmaq üçün çalışdığını bildirib. Kabulov qeyd edib ki, rəsmi Moskva və Kabil bir çox sahədə əlaqələri gücləndirir və Rusiya da Əfqanıstan səfirini akkreditasiya etməlidir. O, Rusiyanın Taliban üzərindəki qadağasını dayandırması “Ölkələrimiz arasında müxtəlif sahələrdə tam əməkdaşlıq üçün bütün maneələri aradan qaldırmaq” adlandırıb və “Əfqanlstan səfirinin Moskvaya gəlişi bu məsələyə son nöqtəni qoyacaq” deyib.

  Xatırladaq ki, 2025-ci ilin aprel ayında Rusiya Əfqanıstanın strateji mövqeyindən istifadə edərək enerji və infrastruktur layihələri üçün gələcək perspektivlər yaratmaq məqsədilə rəsmi Kabil ilə ticarət, biznes və investisiya əlaqələrini gücləndirmək niyyətində olduğunu bildirdi. Birgə iqtisadi layihələr may ayının sonunda Rusiyanın Kazan şəhərində keçiriləcək Rusiya-Əfqanıstan Biznes Forumunda müzakirə olunacaq. Burada mineral resursların işlənməsi və qaz kəməri layihələrini mümkün əməkdaşlıq sahələri müzakirə ediləcək.

MƏNBƏ:trt global
Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib