DÜNYA
2 dəqiqə oxuma
Ukrayna Rusiyanın hücumlarından sonra BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Ukrayna hücumlarını davam etdirən Rusiya üzərindəki təzyiqin artırılmalı olduğunu müdafiə edərək, beynəlxalq birlikdən güclü reaksiya verilməsini istəyib
Ukrayna Rusiyanın hücumlarından sonra BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Kiyevdə qadınlar Rusiyanın Ukraynaya hücumunun bir hissəsi olan raket və dron zərbələrinə məruz qalmış bazarın yanından keçirlər. / Reuters

Ukrayna ölkə daxilində ciddi təxribata səbəb olduğunu bildirdiyi Rusiya hücumlarından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili toplanmasını tələb edib.

Kiyev rəhbərliyi iyunun 15-də verdiyi açıqlamada hücumların UNESCO-nun Dünya İrsi Siyahısında yer alan və Ukraynanın ən mühüm dini və mədəni simvollarından biri hesab edilən Peçersk Lavra Monastırı Kompleksindəki Dormition monasdırında ciddi ziyana səbəb olduğunu bildirib.

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha, həmçinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası və UNESCO nəzdində də təşəbbüslər qaldırıb.

Sıbiha hücumların Kiyev, Xarkov, Dnepr və digər şəhərləri hədəf aldığını, mülki şəxslərin və fövqəladə hallar işçilərinin həyatını itirdiyini, uşaqların isə yaralandığını bildirib.

Sıbiha "X" hesabında etdiyi paylaşımda bu ifadələri işlədib: "Rusiya xalqımıza, şəhərlərimizə, mədəni və dini irsimizə hücum edərək beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qorumaq üçün qurulduğu prinsiplərə tamamilə hörmətsizlik etdiyini nümayiş etdirir".

Moskva üzərindəki təzyiqin artırılmasının vacibliyini qeyd edən Sıbiha beynəlxalq birlikdən güclü reaksiya göstərilməsini tələb edib.

Qarşılıqlı ittihamlar

Daha əvvəl Moskva və Kiyev rəhbərlikləri gecə boyu qarşılıqlı şəkildə həyata keçirilən genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə bir-birlərini ittiham ediblər. Hər iki tərəf infrastruktur obyektlərində və mülki yaşayış məntəqələrində təxribatlar olduğunu bildiriblər.

Ukraynalı rəsmilər hücumlarda azı 5 nəfərin həyatını itirdiyini, 25 nəfərin isə yaralandığını açıqlayıb.

Ukraynanın ittihamlarına cavab verən Rusiya Müdafiə Nazirliyi isə iyunun 14-ü gecəsi vurulduğunu bildirdiyi hədəflərin siyahısını dərc edib.

Nazirlik Kiyev-Peçersk Lavrada baş verən təxribatın Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən atılan "Patriot" raketindən mənbələndiyini iddia edib.