TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyənin ilk 6 ayda neft istehsalı 23,1 milyon barrelə çatıb
Türkiyənin daxili neft hasilatı ilin ilk 6 ayında 23,1 milyon barelə çatıb, təbii qaz hasilatı isə 1,6 milyard kubmetri ötüb
Türkiyənin ilk 6 ayda neft istehsalı 23,1 milyon barrelə çatıb
Türkiyənin ilk 6 ayda neft istehsalı 23,1 milyon barrelə çatıb

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Qabar bölgəsindəki neft və Qara dəniz təbii qaz başda olmaqla, yerli və milli resursların iqtisadiyyata qazandırılması istiqamətində həyata keçirilən işlər sürətlə davam edir.

Bu çərçivədə ilin ilk yarısında ölkə daxilindəki ümumi neft hasilatı 23,1 milyon barel olaraq qeydə alınıb. Hasilatın 21,8 milyon barellik hissəsi Türkiyənin “Turkish Petroleum” (TPAO) dövlət neft şirkəti vasitəsilə həyata keçirilib. Ümumi hasilatda isə ən böyük payı 60 faizlə Qabar tutub.

Yanvar-iyun ayları dövründə təbii qaz hasilatı isə 1 milyard 641 milyon kubmetri geridə qoyub. Hasilatın 1 milyard 608 milyon kubmetrlik hissəsini TPAO öhdəsinə götürüb. Qalan 33 milyon kubmetrlik hissəsini isə özəl sektor şirkətləri həyata keçirib. Ümumi hasilatın 92 faizi Sakarya Qaz Yatağının payına düşüb.

 

"Yerli neft və təbii qaz hasilatımız artaraq davam edəcək"

Açıqlamada Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar yerli təbii qaz və neft hasilatının sürətlə davam etdiyini bildirib:

"Bir tərəfdən Qabarda açdığımız yeni quyularla neft hasilatımızı artırırıq. Digər tərəfdən də Qara dənizdə bu il təbii qaz hasilatımızı iki dəfəyə çıxaracağıq. Yerli neft və təbii qaz hasilatımız artaraq davam edəcək", - deyə nazir qeyd edib.

A.Bayraktar Türkiyənin neft və təbii qaz məsələsində sadəcə ölkə daxilində deyil, xaricdə də fəaliyyət göstərdiyinə diqqət çəkərək deyib: "Enerjidə Tam Müstəqil Türkiyə vizyonumuzun bir hissəsini də xaricdəki addımlarımız təşkil edir. Xaricdə də qurduğumuz tərəfdaşlıqlarla neft və təbii qaz hasilatımız davam edir. Bununla yanaşı, Somalidə qazma işləri aparırıq. Liviyada biri dənizdə, digəri isə quru ərazidə olmaqla 2 sahədə lisenziya aldıq. Son olaraq İraq xüsusunda bir saziş imzalayaraq Kərkükdə 3 milyard barel neft ehtiyatına malik olduğu qiymətləndirilən 5 sahəyə şərik olduq. Enerji sahəsində artıq qlobal miqyasda qaydaları müəyyənləşdirən bir Türkiyə var. İstər ölkə daxilində, istərsə də xaricdə axtarış və hasilat işləri həyata keçirən bir Türkiyə var."

MƏNBƏ:TRT
Araşdırma
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb
Prezident R.T.Ərdoğan “Newsweek” jurnalına müsahibə verib
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar
Hakan Fidan Pakistan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə görüşüb
Türkiyə hərbi təlim zamanı həyatını itirən hərbçilərlə əlaqədar Qazaxıstana başsağlığı verib
Netanyahunun iddialarına BMT-də cavab: "Heç bir təbliğat həqiqəti silə bilməz"
MMN: Yunanıstan sülhə və sabitliyə zərər verə bilən fəaliyyətlərdən çəkinməlidir
Prezident R.T. Ərdoğan Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edib