DÜNYA
3 dəqiqə oxuma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
“Washington Post” qəzetinin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) NATO sammitindən sonra ABŞ Prezidentinə qarşı potensial təhlükə ilə bağlı...
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
ABŞ Prezidenti Donlad Tramp (AA)

“Washington Post” qəzetinin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) NATO sammitindən sonra ABŞ Prezidentinə qarşı potensial təhlükə ilə bağlı İsrailin təqdim etdiyi kəşfiyyat məlumatlarına şübhə ilə yanaşır. Həmin məlumatlar Ankarada fövqəladə və məxfi uçuş əməliyyatına səbəb olmuşdu.

ABŞ kəşfiyyat rəsmiləri ötən ay Donald Trampın Türkiyədən gedişi zamanı qeyri-adi təhlükəsizlik tədbirlərinin görülməsinə gətirib çıxaran "İranın sui-qəsd planı" barədə İsrailin hesabatına şübhə ilə yanaşırlar.

Kəşfiyyat məlumatları ilə tanış olan keçmiş ABŞ rəsmilərinə istinadən yayılan xəbərdə MKİ analitiklərinin İsrail tərəfindən verilən kəşfiyyatı kifayət qədər əsaslı saymadığı və bu şübhələrini Tramp administrasiyasının rəsmilərinə çatdırdığı bildirilir.

"The Post"un məlumatına görə, ABŞ rəsmilərindən biri hesabatı "Mənbəyi ABŞ deyil, İsrail olan və etibarlılıq dərəcəsi aşağı qiymətləndirilən sənəd" kimi xarakterizə edib.

İyulun 8-də NATO sammitindən sonra Trampın Ankaradan gözlənilməz şəraitdə ayrılması geniş rezonans doğurmuşdu.

Məlumata görə, Qətərdən hədiyyə edilən yeni "Boeing 747-8" təyyarəsinin təhlükəsizlik standartları ilə bağlı narahatlıqlar yaranandan sonra Prezident məxfi şəkildə üçüncü bir təyyarəyə keçirilib.

Tramp hava limanındakı əsas prezident təyyarəsindən iiaşə (qida təminatı) maşını vasitəsilə gizlicə "C-32A" hərbi təyyarəsinə mindirilib. Daha sonra onun və məhdud sayda köməkçilərinin yer aldığı təyyarə "F-16" qırıcılarının müşayiəti ilə Böyük Britaniyadakı Mildenholl Hərbi Hava Qüvvələri bazasına uçub.

Fövqəladə tədbirlər

Ağ Ev kəşfiyyat qiymətləndirməsi ilə bağlı suallara birbaşa cavab verməyib. ABŞ rəsmisi ABŞ prezidentinin İran da daxil olmaqla çoxsaylı təhdidlərlə üzləşdiyini və onu qorumaq üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

ABŞ rəsmisi bildirib ki, Prezidentin qeyd etdiyi kimi, o, İran da daxil olmaqla, həyatına dair çoxsaylı təhdidlərlə üzləşib və onun təhlükəsizliyini təmin etmək üçün hər cür tədbir görülüb. ABŞ Kəşfiyyat İdarəsinin əsas vəzifəsi prezidenti qorumaqdır və bunu edib.

MKİ şərh verməkdən imtina edib və Vaşinqtondakı İsrail səfirliyi qəzetin xəbərinə şərh verməyib.

Kəşfiyyatla bağlı suallara baxmayaraq, ABŞ rəsmiləri Kəşfiyyat İdarəsinin nəticədə potensial təhdidin fövqəladə tədbirlər tələb etdiyini müəyyən etdiyini bildiriblər.

Bir rəsmi “The Post” qəzetinə bildirib ki, “Kəşfiyyat İdarəsi bu prezidentlə üç dəfə yaxın əlaqə saxlayıb, ona görə də onlar heç bir risk götürmürlər”.

Tramp çərşənbə axşamı günü fərqli bir təyyarədən istifadə qərarının Kəşfiyyat İdarəsi tərəfindən verildiyini bildirib.

“The Post” qəzetinin məlumatına görə, Tramp deyib: “Bu, əslində tamamilə Kəşfiyyat İdarəsindən asılıdır. Mən sadəcə onların nə etmək istədikləri ilə razıyam. Onlar məndən fərqli bir uçuş, fərqli bir təyyarə; təhlükəsizlik baxımından ekvivalent bir uçuş istədilər... Mən nə deyirlərsə, onu da edirəm”.

İsrailin məqsədi sorğulanır

Yaranan şübhələr İsrailin bu kəşfiyyatı Vaşinqtonla nə üçün paylaşdığı və bunun sadəcə xəbərdarlıq, yoxsa ABŞ-nin xarici siyasətinə təsir etmək cəhdi olduğu sualını gündəmə gətirib.

"The Postu" qəzetinin yazdığına görə, bəzi hazırkı və keçmiş ABŞ kəşfiyyat rəsmiləri İsrailin bu hesabatla Trampın qərarqəbuletmə prosesinə və Vaşinqtonun Yaxın Şərq strategiyasına təsir göstərməyə çalışdığını ehtimal edirlər.

Məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio həm İsrailin kəşfiyyat hesabatı, həm də planlaşdırılan məxfi əməliyyat barədə məlumatlandırılsa da, riskləri nəzərə almayaraq keçmiş prezident təyyarəsi ilə uçmağa üstünlük verib.

Araşdırma
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb