UEFA Çempionlar Liqası mövsümü başa çatdıqdan sonra mayın 31-də mükafatların sahiblərini açıqlayıb. Türkiyəli yarımmüdafiəçi Arda Güler 2025/26 mövsümü üçün UEFA Çempionlar Liqasının "Mövsümün debütantı" mükafatını qazanıb.
"Real Madrid" formasını geyinən A.Güler mövsüm boyu turnirin ən çox diqqətçəkən gənc istedadlarından biri kimi ön plana çıxıb və bu mükafatın sahibi olub. 20 yaşlı milli futbolçu İspaniya nəhəngindəki yadda qalan performansı ilə Avropanın parlayan ulduzları arasındakı mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya "Pari Sen-Jermen"in Çempionlar Liqası kubokunu qazanmasına verdiyi töhfələrdən sonra "Mövsümün oyunçusu" elan edilib.
UEFA-nın Texniki Müşahidə Heyəti, həmçinin "Pari Sen-Jermen", "Arsenal", "Bavariya" və "Atletiko Madrid" futbolçularının yer aldığı "Mövsümün rəmzi 11-liyini" də elan edib. Seçilən heyət aşağıdakı kimidir:
· Qapıçı: David Raya;
· Müdafiəçilər: Nunu Mendeş, Qabriel, Markinyos və Markos Lyorente;
· Yarımmüdafiəçilər: Vitinya və Deklan Rays;
· Hücumçular: Xviça Kvaratsxeliya, Maykl Olise, Usman Dembele və Harri Keyn.
Beləliklə də Avropanın ən mötəbər klub turnirində bir neçə gənc istedadın iz qoyduğu unudulmaz Çempionlar Liqası mövsümünə yekun vurulub.











