İQTİSADİYYAT
2 dəqiqə oxuma
Tramp Çinin ticarət müharibəsi zamanı onlarla “bir neçə dəfə” əlaqə saxladığını iddia edib
Tramp: "Bəli, biz Çinlə danışırıq. Zənnimcə, onlar bizimlə bir neçə dəfə əlaqə saxlayıblar"
Tramp Çinin ticarət müharibəsi zamanı onlarla “bir neçə dəfə” əlaqə saxladığını iddia edib
ABŞ prezidenti Donald Tramp / Reuters

ABŞ prezidenti Donald Tramp Asiya nəhənginin gömrük rüsumlarının 145%-ə qədər çatması nəticəsində bir neçə dəfə təşəbbüs qaldırdığını söyləyib, lakin Si Cinpin ilə danışıqlara dair sualları sovuşduraraq, “çox yaxşı razılaşmanın” yaxın zamanda gündəmə gələcəyi və ABŞ-ın üstünlüyü barədə israr edib.

Donald Tramp ABŞ-ın Çinlə gömrük tarifləri ilə bağlı danışıqlar apardığını və dünyanın iki ən böyük iqtisadiyyatının sərt ticarət müharibəsinə son qoyacaq razılığa gələ biləcəyinə əmin olduğunu bildirib.

Tramp jurnalistlərə verdiyi açıqlamada "Bəli, biz Çinlə danışırıq. Zənnimcə, onlar bizimlə bir neçə dəfə əlaqə saxlayıblar" deyib.

Tramp bu danışıqların Çinə tarifləri rekord səviyyəyə – 145 faizə qaldırdıqdan sonra baş tutduğunu təsdiqləyib. Bu artım Pekinin Trampın genişmiqyaslı “Azadlıq Günü” tariflərinə cavab verməsindən sonra baş verib.

Lakin Tramp Çin prezidenti Si Cinpinlə birbaşa danışıb-danışmadığını soruşduqda bunu sovuşdurub. O, əvvəllər də bu mövzuda müxtəlif eyhamlar vermişdi.

O, "Mən bu danışıqların olub-olmadığını heç vaxt deməmişəm. Bunun uyğun olduğunu düşünmürəm" deyib.

Pekin Trampın iddialarına dair dərhal açıqlama verməyib.

“Top artıq Çinin meydançasındadır”

Jurnalistlərin Si Cinpin ilə əlaqə saxlayıb-saxlamadığı sualına Tramp belə cavab verib: “Siz düşünə bilərsiniz ki, bu, olduqca açıqdır, amma bu barədə yaxın zamanda danışacağıq”.

Tramp administrasiyası super güc olan rəqibi Çinlə ticarət müharibəsi aparır, iki tərəf də yüksək tariflər tətbiq edir və bu, dünya bazarlarını narahat edir.

ABŞ-ın Avropa İttifaqına tətbiq etdiyi rüsumların ləğvi ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtonda olan İtaliyanın Baş naziri Corcia Meloni ilə Ağ Evdə görüşü zamanı Tramp deyib: “Düşünürəm ki, biz Çinlə çox yaxşı razılaşma əldə edəcəyik”.

Ötən il Çin ABŞ-a 400 milyard dollardan çox mal ixrac edib. Bu, Amerika şirkətlərinin Çinə satdıqlarından xeyli yüksək idi.

Aprelin 17-də Ağ Evin mətbuat katibi Karolin Leavitt deyib: "Top indi Çinin meydançasındadır. Razılığa gəlməli tərəf Çindir. Bizim onlarla sövdələşməyə ehtiyacımız yoxdur".

"TikTok" haqqında danışan Tramp razılaşmanın mövcud olduğunu, lakin platformanın ABŞ-ın əməliyyatları ilə bağlı milli təhlükəsizlik narahatlıqları səbəbindən gecikəcəyini söyləyib.

Tramp "Bizim "TikTok" üçün müqaviləmiz var, lakin bu, Çindən asılıdır. Ona görə də bunu həll edənə qədər müqaviləni təxirə salacağıq" deyib.

""TikTok" platforması ilə bağlı sövdələşmə çox yaxşıdır. "TikTok" Çin üçün də yaxşıdır. Düşünürəm ki, Çin bu sövdələşmənin baş tutmasını istəyir, xüsusən də dünyanın ən yaxşı şirkətlərindən bəziləri ilə demək olar ki, bu müqaviləni tamamlamışıq", -deyə Tramp qeyd edib.

Araşdırma
ABŞ Braziliyaya %25 gömrük rüsumu tətbiq edib
Türkiyə və Niderland iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi qəbul ediblər
Türkiyənin müdafiə ixrac gəliri NATO müttəfiqlərinə edilən satışlarla 11 milyard dollara yaxınlaşıb
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Avropa İnvestisiya Bankı Türkiyənin ekoloji layihələrinə 200 milyon avro vəsait ayırdı
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır
Türkiyə 4 ayda 195 milyon dollarlıq limon ixrac edib
Mehmet Şimşək Qlobal İslam İqtisadiyyatı Sammitində mühüm bəyanatlar verdi
Razılıq əldə olunmadı: Neft qiymətləri qəfil yüksəldi
ABŞ ilə İran arasındakı gərginlik artdıqca fond bazarları aşağı düşüb, neft qiymətləri yüksəlib
Neft qiymətləri artmaqda davam edir
Cevdet Yılmaz: "Türkiyə qlobal qeyri-müəyyənlik mühitində investesiya imkanlarını gücləndirir"
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb
BVF: Avropa daha yüksək inflyasiya və daha yavaş böyüməyə doğru sürüklənə bilər
Türkiyə və Dünya Bankı arasında 1,67 milyard avroluq müqavilə imzalandı
ABŞ-nin blokada qərarı neft qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu
Neft qiymətləri düşür, qlobal səhmlər yüksəlir
Hörmüz boğazında yaranan fasilələr Türkiyəni etibarlı alternativ tranzit yol edir
FAO:''Müharibə səbəbindən artan enerji və gübrə xərcləri ərzaq qiymətlərini artırır''
Neftin qiyməti rekord həddə çatıb