DÜNYA
1 dəqiqə oxuma
Yunanıstanda güclü zəlzələ baş verib
Afina Milli Seysmoloji Xidməti bildirib ki, zəlzələnin episentri Evbeya adasının cənub-qərbində, Nea Stira kurortundan dörd kilometr məsafədə yerləşir
Yunanıstanda güclü zəlzələ baş verib
/ Reuters

Sentyabrın 8-də Yunanıstanın Evbeya adasında yerli vaxtla saat 00:30-da 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Afinada da hiss olunub.

Afina Milli Seysmoloji Xidməti bildirib ki, zəlzələnin episentri Evbeya adasının cənub-qərbində, Nea Stira kurortundan dörd kilometr məsafədə yerləşir.

Hazırda insan tələfatı və dağıntı barədə məlumat yoxdur. Yaxınlıqdakı Maraton şəhərinin meri Stercios Tsirkas ERT televiziyasına müsahibəsində zəlzələnin "çox güclü" hiss olunduğunu bildirib.

Xatırladaq ki, may ayında Krit sahillərində 6,1 bal gücündə zəlzələ baş vermiş, yeraltı təkanlar həm Afina, həm də Misirdə hiss olunmuşdu.

Bundan əvvəl, yanvar və fevral aylarında Egey dənizində yerləşən Santorini adasında qeyri-adi seysmik aktivlik müşahidə edilmiş, minlərlə zəlzələ minlərlə sakini adanı tərk etməyə məcbur etmişdi.

Aralıq dənizinin cənub-şərqində yerləşən bir neçə qırılma xətti səbəbindən Yunanıstan müntəzəm olaraq zəlzələlərlə üzləşir. Ölkədə son böyük zəlzələ 2020-ci ilin oktyabrında Samos adasında baş vermişdi. 7 bal gücündə zəlzələ nəticəsində Samosda 2, İzmirdə isə 100-dən çox insan həyatını itirmişdi.

Araşdırma
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Paşinyan: "Ermənistan-Azərbaycan sülhü razılaşmadan bir il sonra görünən və hiss olunandır"
Rusiyanın endirdiyi zərbələr Kiyev yaxınlığında biri uşaq olmaqla üç nəfərin ölümünə səbəb olub
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb