İQTİSADİYYAT
2 dəqiqə oxuma
Suriya vətəndaş müharibədən sonrakı ilk SWIFT əməliyyatını həyata keçirdi
Suriya Mərkəzi Bankının rəhbəri 14 il əvvəl başlayan vətəndaş müharibəsindən sonra ilk qlobal SWIFT əməliyyatının həyata keçirildiyini təsdiqləyib
Suriya vətəndaş müharibədən sonrakı ilk SWIFT əməliyyatını həyata keçirdi
Suriya bankları
19 iyun 2025

Suriya Mərkəzi Bankının rəhbəri iyunun 19-da verdiyi açıqlamada bildirib ki, Suriya 14 il əvvəl başlayan vətəndaş müharibəsindən sonra SWIFT sistemi vasitəsilə ilk beynəlxalq bank əməliyyatı həyata keçirdi. Bu addım Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiya etmək səylərində bir mərhələ kimi qiymətləndirilir.

Suriya Mərkəzi Bankının rəhbəri Abdelkader Husriyeh iyunun 19-da "Reuters" xəbər agentliyinə verdiyi açıqlamada deyib: "İyunun 15-i günü Suriya bankından İtaliya bankına birbaşa ticarət əməliyyatı aparıldı və ABŞ bankları ilə əməliyyatlar həftələr ərzində başlaya bilər".

O bildirib ki, hazırda bu cür əməliyyatlar üçün qapı açıqdır.

Xatırladaq ki, Suriya bankları 2011-ci ildə Bəşər Əsəd hakimiyyətinin əks etirazları yatırtması səbəbilə Qərbli dövlətlərin Suriya Mərkəzi Bankı da daxil olmaqla sanksiya tətbiq etməsilə dünya ilə əlaqəsi böyük miqyasda kəsilmişdi.

Ötən il müxalifətin ildırım əməliyyatı nəticəsində Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriya beynəlxalq əlaqələrini bərpa etmək üçün addımlar atıb və may ayında müvəqqəti prezident Əhməd Şaraa və ABŞ prezidenti Donald Tramp arasında Ər-Riyadda keçirilən görüşlə zirvəyə çatıb.

ABŞ həmin görüşdən sonra sanksiyaları əhəmiyyətli dərəcədə yumşaldıb, bəzi Konqres üzvləri isə sanksiyaların tam ləğvi üçün təzyiq göstərir. Avropa ölkələri isə iqtisadi sanksiyalar rejiminin sona çatdığını elan edib.

Suriya bankları dünya ilə yenidən əlaqə qurur

Birləşmiş Millətlər Təşkilatına görə, Suriya 10 nəfərdən 9-unu yoxsul buraxan müharibədən dağılmış iqtisadiyyatını dirçəltmək üçün Qərbin maliyyə qurumları ilə transfer işləri həyata keçirməli və yenidənqurma üçün böyük məbləğdə vəsait ayırmalıdır.

İyunun 18-də Suriya Mərkəzi Bankının sədri Abdelkader Husriyeh ölkə bankları, bir sıra ABŞ bankları və ABŞ rəsmilərinin, o cümlədən Vaşinqtonun Suriya nümayəndəsi Tomas Barakın yüksək səviyyəli onlayn iclasına sədrlik edib.

Görüşdə məqsəd Suriyanın bank sisteminin qlobal maliyyə sisteminə yenidən qoşulmasını sürətləndirmək olub və Husriyeh ikitərəfli bank əlaqələrini bərpa etmək üçün ABŞ banklarına rəsmi dəvət göndərib.

"Bizim iki aydın məqsədimiz var: ABŞ banklarının Suriyada nümayəndəliklər istifadəyə verməsi və Suriya və ABŞ bankları arasında əməliyyatları bərpa etmək. Düşünürəm ki, sonuncu bir neçə həftə ərzində baş verə bilər", -deyə Husriyeh "Reuters" agentliyinə bildirib.

İyunun 18-də konfransa dəvət edilən banklar arasında "JP Morgan", "Morgan Stanley" və "Citibank" da var idi, lakin kimin iştirak etdiyi barədə heç bir təfərrüat paylaşılmayıb.

Araşdırma
Ömər Bolat: "Türkiyə-Suriya tranzit dəhlizi gələn il istifadəyə veriləcək"
Rusiyanın enerji nəhəngi "Lukoil" son sanksiyalardan sonra xarici aktivlərini satmağa hazırlaşır
Çin və ASEAN genişləndirilmiş azad ticarət sazişi imzalayıblar
Çin və Hindistan beş illik fasilədən sonra birbaşa uçuşları bərpa etdilər
ABŞ Senatı qanun layihəsini yenə qəbul etməyib
Tramp Hindistanın Baş naziri Modi ilə ticarət və Rusiya neftini müzakirə edib
Tramp hədələdi: "Rusiya neftini almağı dayandırın, əks halda ciddi tariflərlə üzləşərsiniz"
"Apple" şirkətinin CEO-su Kukun səfəri zamanı Çin ABŞ-la “bərabər dialoqa” çağırıb
OPEC+ neft hasilatını artırmağa hazırlaşır
Hindistan və Butan ilk sərhədyanı dəmir yolunu inşa edəcək
İraq-Türkiyə boru kəmərində neft nəqliyyatı bərpa olundu
ABŞ səfiri: "THY-"Boeing" müqaviləsi tamamlandı"
ABŞ Rusiya ilə əlaqələrinə görə Hindistan mallarına 25% əlavə gömrük rüsumu tətbiq edəcək
Aİ ticarət sazişi danışıqlarında ABŞ-ın rəqəmsal qanuna təzyiqinə müqavimət göstərir
Türkiyənin iqtisadiyyatı son 22 ildə necə dəyişdi?
Türkiyədə cari ilin birinci yarısında 6,3 milyard dollar birbaşa xarici sərmayə qoyulub
Ticarət razılaşmasından sonra Pakistan ABŞ-dan ilk xam nefti alıb
Tramp ticarət razılaşmasının bitməsinə bir neçə saat qalmış geniş tariflər tətbiq edib
Tramp ABŞ və Cənubi Koreyanın 15% tarifi ehtiva edən ticarət razılaşması imzaladığını açıqlayıb
"Moody's" Türkiyənin kredit reytinqini "Ba3"ə yüksəldib, reytinq proqnozunu isə sabitə dəyişib