SİYASƏT
1 dəqiqə oxuma
Prezident S.Mattarella Avropada ümumi müdafiə stukturunun qurulması barədə danışdı
İtaliya dövlət başçısı Avropanın beynəlxalq arenada lider rol oynamağa davam etməsi üçün bunun zəruriliyindən bəhs edib
Prezident S.Mattarella Avropada ümumi müdafiə stukturunun qurulması barədə danışdı
Prezident S.Mattarella Avropada ümumi müdafiə stukturunun qurulması barədə danışdı / AP
3 dekabr 2025

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İtaliya prezidenti Sercio Mattarella Avropanın ortaq müdafiə strukturu yarada bilmədiyi təqdirdə dramatik nəticələrlə üzləşə biləcəkləri barədə danışıb.

S.Mattarella bu barədə İtaliya–İspaniya dialoq forumunun iştirakçılarına müraciət edərkən deyib: “Bu gün Avropada ümumi müdafiə sisteminin qurulmasındakı uğursuzluq Aİ daxilində qərarsızlığın nə qədər ciddi nəticələrə səbəb olduğunu açıq şəkildə göstərir.”

O, ümumi müdafiənin yaradılması istiqamətində davam edən ləngimələrə diqqət çəkərək Avropa İttifaqını güçlü iradə və qərarlılıq nümayiş etdirməyə dəvət edib.

İtaliya dövlət başçısı S.Mattarella əlavə edərək deyib: “Qlobal səviyyədə getdikcə daha mürəkkəb problemlər və daha rəqabətli geosiyasi mühitlə xarakterizə olunan bu tarixi dövrdə İtaliya–İspaniya əməkdaşlığı Avropanın beynəlxalq arenada lider rol oynamağa davam etməsi baxımından həlledici əhəmiyyətə malikdir.”

Prezident həmçinin Avropanın inkişaf və imkan yaratmaq potensialının gücləndirilməsinin zəruri olduğunu bir daha vurğulayaraq, iqtisadi fürsətlərin ədalətli şəkildə təmin edilməsinin vacibliyini qeyd edib.

MƏNBƏ:TRT