Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Polis İdarəsinin Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Afyonkarahisar və Əskişəhər Polis İdarələrinin kəşfiyyat şöbələri tərəfindən birgə əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak etdiyi üçün xidmətdən xaric edilən və qırmızı bülletenlə axtarışda olan keçmiş kapitan, helikopter pilotu B.K.-nın yeri müəyyən edilib. FETÖ üzvü olan B.K. Afyonkarahisar Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, şübhəli şəxs şəhər mərkəzindəki İnaz Zəlzələ Evlərində təşkilata məxsus gizli sığınacaqda keçirilən əməliyyat zamanı saxlanılıb. Təhlükəsizlik mənbələri bildirir ki, sui-qəsd cəhdindən sonra tanınmamaq üçün xarici görünüşünü tez-tez dəyişən və saxta şəxsiyyətdən istifadə edən B.K. üztanıma sistemi vasitəsilə ifşa olunub.
Bir müddət izlənilən B.K. külli miqdarda vəsaitlə xaricə qaçmağa cəhd edərkən saxlanılıb.
Nazirliyin bəyanatında FETÖ və onun qanunsuz strukturlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.




















