ABŞ Prezidenti Donald Tramp Körfəz regionunun xəritəsini paylaşaraq Hörmüz boğazını "Tramp boğazı" adlandırıb.
Sentyabrın 2-də də bənzər bir paylaşım edən ABŞ lideri Hörmüz boğazının ölkəsinin nəzarəti altında olduğunu bildirmiş və boğazın adının "Tramp boğazı" olaraq dəyişdirilməsini təklif etmişdi.
O, bundan əvvəlki açıqlamalarında da Hörmüz boğazının Amerika hərbi dəniz qüvvələrinin nəzarətində olduğunu və "ABŞ ərazisi" hesab oluna biləcəyini irəli sürmüşdü.























