TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Prezident İqamətgahında baş tutan görüşdə ikitərəfli münasibətlər, regional və qlobal prosesləri müzakirə olunub.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan ölkələr arasında qarşılıqlı ticarət və investisiya hədəflərinə çatmaq üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

Regional məsələlərə də toxunan dövlət başçısı rəsmi Ankaranın İran və Ukraynadakı müharibələrə diplomatiya yolu ilə son qoyulması istiqamətində addımlar atdığını diqqətə çatdırıb. Qəzzada sülh və sabitliyin bərqərar olması, bölgədəki humanitar fəlakətin qarşısının alınması üçün intensiv fəaliyyətin davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti 7-8 iyul tarixlərində NATO-nun Ankarada təşkil olunan 36-cı sammiti çərçivəsində alyansa üzv dövlətlərin liderlərini qəbul edib.