SİYASƏT
2 dəqiqə oxuma
Pakistanlı memar Qəzzaya görə İsrailin mükafatını rədd etdi
Pakistanın ilk qadın memarı olaraq Yasmeen Lari imkansız icmalara davamlı mənzil və ekoloji ocaqlar təmin etmək üçün illərdir çalışır.
00:00
Pakistanlı memar Qəzzaya görə İsrailin mükafatını rədd etdi
Yasmeen Lari
14 mart 2025

Pakistanın ilk qadın memarı Yasmeen Lari rəsmi Təl-Əvivin Qəzzaya hücumlarına görə İsraildə yerləşən “Wolf” memarlıq mükafatından imtina edib.

Lari mükafatla bağlı açıqlamasını “İnstagram” hesabında paylaşıb.

Mükafat üçün "son dərəcə minnətdar” olduğunu ifadə edən Yasmeen hökumətdən müstəqil bir təşkilat tərəfindən verilsə belə, "Qəzzada davam edən soyqırımı nəzərə alaraq mükafatı qəbul edə bilməyəcəyi”ni açıqlayıb: “Mənim üçün hər hansı münaqişədə hər cür zorakılıq qəbuledilməzdir və həyatımın böyük hissəsini qaçqınlara, xüsusilə iqlim miqrantlarına köməyə sərf etmişəm. Təəssüf ki, Qəzza hazırda məcburi köçkünlük baxımından ən pis vəziyyətlərdən biridir”.

“Wolf” mükafatı

Hər il təqdim olunan “Wolf” 1978-ci ildən İsraildə beynəlxalq mükafat olaraq təqdim edilir. Bu mükafat “Din, cinsiyyət, irq, coğrafiya və siyasi mövqeyin sərhədlərini keçən şəxslər”ə verilir.

Mükafat tibb, kənd təsərrüfatı, riyaziyyat, kimya, fizika sahələrində və memarlıq, musiqi, rəsm və heykəltəraşlıq arasında rotasiya edən incəsənət sahəsində təqdim olunur.

Rəsmi internet saytının məlumatına görə, “Wolf” mükafatı bəşəriyyətin yaxşılaşdırılması naminə elm və incəsənəti inkişaf etdirən alim və sənətkarları təltif edir. Bu mükafatla biz dünyanı daha yaxşı bir yerə çevirən qabaqcılları və liderləri salamlayırıq”.

Hər kateqoriya üzrə verilən mükafatlar - diplom, “Şərəf” medalı və 100.000 ABŞ dollarından ibarətdir.

Lari mükafatdan imtina etdikdən sonra bu mükafat Çinli memar Tiantian Xuya verilib. Xu "Çin boyunca kəndləri iqtisadi, sosial və mədəni cəhətdən dəyişdirən memarlıq işi"nə görə mükafatlandırılıb.

Yasmeen Lari kimdir?

1941-ci ildə Pakistanda anadan olan Yasmeen Lari 15 yaşında ailəsi ilə birlikdə Londona köçüb. Oksford Brooks Memarlıq Məktəbini bitirdikdən sonra 23 yaşında həyat yoldaşı ilə birlikdə Pakistana qayıdıb.

Yasmeen və onun mərhum əri Suhail Zahir Lari 1980-ci ildə Pakistan İrs Fondunu yaradaraq ölkənin mədəni ənənələrinin qorunmasında mühüm rol oynayıblar. Onun işi memarlıq və sosial ədalətin kəsişməsinə, xüsusilə Pakistanın əlverişsiz icmaları üçün həllərin hazırlanmasına yönəlib. Lari palçıq, əhəng və bambuk kimi təbii materiallardan istifadə etməklə 50.000-dən çox dayanıqlı sığınacaq və 80.000 ekoloji soba düzəldib.

Y.Lari 2007-ci ildə Hayber Paxtunxvanın Svat rayonunda münaqişə qurbanları, eləcə də 2022-ci ildə ölkəni vuran daşqınlardan xəsarət alanlar üçün bambukdan düzəldilmiş icma mərkəzləri və daşqına dayanıqlı evlər tikib. Onun iş sahəsi ənənəvi humanitar yardımdan asılılığı azaltmaqla icmaları gücləndirmək məqsədi daşıyan “Ayaqyalın sosial arxitektura” adlı bilik mübadiləsi sisteminə əsaslanır.

2023-cü ildə Yasmeen Lari humanitar fəaliyyətinə görə nüfuzlu Britaniya Memarlar Kral İnstitutu tərəfindən Kral Qızıl Medalına layiq görülüb. 2020-ci ildə “Jane Drew” mükafatını qazanıb.

Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb