SİYASƏT
1 dəqiqə oxuma
Rəsmi Pekin Çin-Portuqaliya danışıqlarında Avropa ilə əlaqələri gücləndirmək istdəyini vurğulayıb
ABŞ prezidenti Donald Tramp administrasiyasının transatlantik əlaqələri və qlobal ticarəti yer ilə yeksan etmək təhlükəsi Pekin və Avropa paytaxtlarının bir-birinə marağını yenidən canlandırıb.
00:00
Rəsmi Pekin Çin-Portuqaliya danışıqlarında Avropa ilə əlaqələri gücləndirmək istdəyini vurğulayıb
/ AFP

Çinin xarici işlər naziri Pekində portuqaliyalı həmkarı ilə görüşüb və qlobal ticarət gərginliyinin artdığı bir vaxtda Çin və Avropa arasında əlaqələri gücləndirməyə çağırıb.

Çinin xarici işlər naziri Vanq Yi Portuqaliyanın xarici işlər naziri Paulo Rangel ilə görüşündə bildirib ki, rəsmi Pekin Çin-Avropa əlaqələrini inkişaf etdirmək üçün Portuqaliya ilə birlikdə işləmək istəyir. Çərşənbə axşamı Çinin xarici işlər nazirliyinin bəyanatına görə, Vanq deyib: "Biz Avropaya önəmli müttəf kimi baxırıq və onun strateji müstəqilliyini qoruması tərəfdarıyıx".

Xarici işlər naziri Rangelin Çinə gəlişi Portuqaliya dövlətinin son beş il ərzində ilk yüksək səviyyəli səfəridir. İki ölkə arasında qurulan bu əlaqə Avropa Birliyinə üzv ölkələrin həm Vaşinqton, həm də Pekinlə ticarət müharibəsi ehtimalından narahat olduğu bir vaxta təsadüf edib.

ABŞ prezidenti Tramp administrasiyasının transatlantik əlaqələri və qlobal ticarəti sarsıtması ehtimalı Pekin və Avropanı bir-birinə yaxınlaşdırır.

Belə ki, Rangel ilə yanaşı, Fransanın xarici işlər naziri və İtaliya senatının sədri də bu həftə Çinə səfər edərək rəsmilər ilə görüşlər keçirəcəkləri bildirilir.

Qeyd edək ki, ABŞ-ı ən böyük ixrac bazarı olaraq hesab edən Portuqaliya keçən il Aİ-nin Çin istehsalı olan elektrikli avtomobillərə gömrük rüsumları tətbiq etmək qərarında bitərəf qaldı və ölkəni Çin sərmayəsinə açıq saxladı.

MƏNBƏ:trt global
Araşdırma
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi